SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ukrayna azərbaycanıları AzTV sədrinə müraciət etdilər: “Müxbiriniz aranı qatır, pilsuz iş görmür”

Ukrayna azərbaycanıları AzTV sədrinə müraciət etdilər: “Müxbiriniz aranı qatır, pilsuz iş görmür”

Tarix:

27-04-2017, 12:08

/ 89 107 dəfə oxundu.
Ukrayna azərbaycanıları AzTV sədrinə müraciət etdilər: “Müxbiriniz aranı qatır, pilsuz iş görmür”

Ukraynada yaşayan bir qrup ziyalı Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova müraciət ediblər. Müracəti müəllifləri AZTV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun hərəkətlərindən şikayətçidirlər. Müraciətdə deyilir:
“Biz Ukraynada yaşayan ziyalılar, elm və iş adamlarını olduqca narahat edən bir məqam var. Bu da sizin rəhbərlik etdiyiniz telekanalın Ukrayna üzrə müxbiri Möhsüm Aslanovla bağlı məqamlardır. Olduqca dar çərçivədə və vur-tut bir nəfərin maraqlarına xidmət edən təmsilçinizin fəaliyyəti Ukraynada böyük narazılığa səbəb olub. Onun bir nəfərin maraqlarına xidmət etməsinin nəticəsidir ki, Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların və diaspora təşkilatlarının tədbirləri işıqlandırılmır. Ən azı ona görə ki, Mövsüm Aslanovun öz siyasəti var. Bu da onun maddi maraqları ilə bağlıdır. Onun maraqları təmin olunsa belə, yenə də heç bir ofisi və tərəfdarı olmayan qaranlıq keçmişli Rövşən Tağıyevin təbliğiylə məşğuldur. Bir qədər əvvəl onların sərxoş halda kafedə dava salması nəinki AzTV müxbirinə heç bir azərbaycanlıya yaraşan hərəkət deyildi. Qaranlıq keçmişi olan, qardaşı çirkli pulların yuyulmasına görə hazırda ev dustaqlığındadır, işi məhkəmədədir. Bu qara pullar Mövsüm Aslanovun gözünü bağlayıb”.
Müraciət müəlliflərin dediyinə görə, vəziyyət o həddə çatıb ki, Aslanov diaspora arasında ayrı-seçkilik yaratmaqla bərabər, çox vaxt sizin adınızı da hallandırır. Öz maddi maraqlarını belə AzTV rəhbərliyinə çamur atmaqla əlaqələndir. " Mən Bakıya pul verirəm", "pulsuz heç nəyi çəkə bilmərəm" deyə şanlı telekanala yaraşmayan mesajlar verir.
“Vəziyyət o həddə çatıb ki, artıq onun əməlləri barədə sizə məlumat verməyə məcbur olduq. Biz, bu məktubu imzalayan ziyalılar hərəmiz Ukraynada öz mövqeyi, söz sahibi olan adamlarıq. Əslində, biz Azərbaycan prezidenti cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək niyyətindəydik. Amma sizin müdrikliyinizə inanıb, ilk öncə sizə üz tutduq. AzTV kimi şanlı tarixi olan bir telekanala başucalığı gətirməyən əməkdaşınızla bağlı tədbir görəcəyinizə inanırıq”.
Müraciət imzalaynların dediyinə görə, bu gün paytaxt Kiyevdə azərbaycanlı iş adamları var ki, AzTV üçün ofis, maşın, ayrıca studiya belə yarada bilər. Maşınla təmin edər. Amma Mövsüm Aslanovun əməlləri buna imkan vermir. Çünki o, hamını milli televiziyamızdan çəkindirib.
Daha sonra Ukrayna azərbaycanlıları Arf Alışanovu Kiyevə dəvət ediblər.
“Ukraynada ən yüksək mövqe tutmuş azərbaycanlılarla görüşə çağırırıq. Gəlin, özünüz şahid olun. Və əsil həqiqətlərin nə olduğunu onlardan eşidin. Mövsüm Aslanovun AzTV adıyla hansı hoqqalardan çıxdığını, Az TV-nin şərəfli missyiasına ləkə olduğunu özünüz görün.

Hörmətlə,
1. Əliyev Tələt Mirseyib oğlu - keçmiş səfir, fəlsəfə doktoru, politologiya elmlər namizədi;
2. Quliyev Arif Cəmil oğlu - hüquq elmlər doktoru, professor, diplomat;
3. Abidov Fail Nazir oglu - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə heyətinin üzvü;
4. Məhərrəmov Ələddin Aydın oğlu- Ümumkrayna Azərbaycanlıları Konqresinin Nikolayevski regional təşkilatlnın sədri;
5. Babayev Adil -ÜAK Nikolayevski redional təşkilatln üzvü;
6. Kərimov Əlimərdan - ÜAK Xerson təskilatının sədri;
7. Zeynalov Tofiq, ÜAK Çerniqov vilayətinin sədri;
8. Yəhyayev Şakir Yəhya oğlu – Ukrayna azərbaycanlıları icmasının dini lideri;
9. Cavadov Hikmət Əliövsət oglu - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri;
10. Dəmirov Əli - tarixçi alim;
11. Tağıyev Qaraş – jurnalist;
14. Kazımov Əliislam Əliqulu oglu - iş adamı.
15. Şıxalizadə Emin Ələkbər oglu – Ümumukrayna azərbaycanlları gənclər təşkilatının sədri;
16. Firudin Məmmədov, Ukrayna azərbaycanlıları Ağsaqqallar Şurasının sədri.

Şərhlər

XƏBƏR LENTİ