Arif Alışanovun Ukraynada restoranları üzə çıxdı - FOTO
“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun Ukraynada restoranı olması barədə xəbərlər yayılıb.
Ukraynadakı Azərbaycan diasporundan verilən məlumata görə, Ukraynanın Dnepropetrovsk bölgəsində “Bakinskiy Dvorik” adlı restoran və “Şəkər-bura” adlı çay evi fəaliyyət göstərir.
Redaksiyamıza həmin restoranın fotosu da göndərilib.
Göndərilən məlumatda qeyd olunur ki, sözügedən restoran və çay evinin əsl sahibi AzTV sədri Arif Alışanovdur:
“Hazırda həmin restoranlara AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsün Qədiroğlu nəzarət edir. Möhsün Qədiroğlu özü də bizə dəfələrlə deyib ki, bu restoran Arif Alışanova məxsusdur. Restorana daha çox azərbaycanlılar və Azərbaycandan Ukraynaya gedən qonaqlar dəvət olunur”, - deyə məlumatda qeyd olunur.
Məsələ ilə bağlı AzTV-nin mətbuat xidməti ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. 

“Ölkə.Az”

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb