SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Əgər bu sahədə də qurumlararası qeyri-sağlam rəqabət, resurslara nəzarət uğrunda çəkişmə varsa.."

"Əgər bu sahədə də qurumlararası qeyri-sağlam rəqabət, resurslara nəzarət uğrunda çəkişmə varsa.."

Tarix:

1-08-2020, 13:01

/ 1 183 dəfə oxundu.
"Əgər bu sahədə də qurumlararası qeyri-sağlam rəqabət, resurslara nəzarət uğrunda çəkişmə varsa.."

Bu ilin əvvəlində Dünyada hələ pandemiya elan edilməmişdi, amma yanvardan başlayaraq Çindən pis xəbərlər gəlməyə başladı, dünya birjalarında dalğalanmalar yarandı, neftin qiyməti həm Çin, həm də Rusiya – Səudiyyə gərginliyi ilə enməyə başladı. O zaman media açıqlamalarımızda 2020-ci ilin büdcəsinə yenidən baxıla biləcəyi ilə bağlı fikirlər səsləndirdik. Amma Maliyyə Naziri, hörmətli Samir Şərifov 2020-ci ilin fevralın 9-da ilk dəfə açıqlama verdi ki, boş söhbətdir, bu il büdcəyə yenidən baxılmayacaq. Martın əvvəlində Rusiya ilə OPEC sazişi pozdu, martın 6-dan başlayaraq neftin qiyməti kəskin enməyə başladı, martın ortasında isə dünyada pandemiya elan edildi və neftin qiyməti daha da düşdü. Yenə media açılamalarında müstəqil ekspertlər büdcəyə yenidən baxmağın vacib olcağını söylədik, amma Samir müəllim yenə də may – iyun aylarında dedi ki, yox, büdcəyə dəyişiklik olmayacaq. Hətta Milli Məclisdə Erkin Qədirlinin büdcə ilə bağlı haqlı iradına nazir əsəbi reaksiya göstərdi. Cəmi 11 gün əvvəl Prezidentinin köməkçisi, iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov da bəyan etdi ki, dövlət büdcəsinə dəyişiklik etməyə ehtiyac yoxdur.
Dünən isə Maliyyə Nazirliyi Nazirlər Kabinetinə 2020-ci il büdcəsinə dəyişiklik edilməsi ilə bağlı müraciət edib, yəqin ki, yaxın günlərdə Parlament dəyişiklikləri qəbul edəcək. İndi sual olunur: Necə ola bilər ki, Maliyyə Naziri, Prezidentin məhz iqtisadi məsələlər üzrə köməkçisi son ana qədər büdcəyə dəyişikliklərin olmayacağını bəyan edirdilər, amma indi əksi olur?! Bu o deməkdirmi ki, iqtisadi komandanın bir hissəsi vəziyyəti doğru dəyərləndirə, ciddi analiz etməyə qadir deyil?! Aydındır ki, son qərarı Prezident verir, bəs ona büdcəni dəyişməyin labüdlüyünü kim məruzə edib?! İqtisadi komanda arasında fikir ayrılığımı var?! Məncə, maraqlı və düşünməyə dəyər suallardır, iqtisadiyyat tam olaraq, bütün parametrləri ilə dəyərləndirilməlidir, əgər bu sahədə də qurumlararası qeyri-sağlam rəqabət, resurslara nəzarət uğrunda çəkişmə varsa, bundan itirən ölkə iqtisadiyyatı olacaq, hamımız uducazağıq!
"Əgər bu sahədə də qurumlararası qeyri-sağlam rəqabət, resurslara nəzarət uğrunda çəkişmə varsa.."




Şərhlər

XƏBƏR LENTİ