Manat getdikcə ucuzlaşacaq- İqtisadçı ekspert
Neftin qiyməti 1 il belə olarsa, manatın məzənnəsini saxlamaq olarmı?”...
“Deyə bilərlər ki, neftin qiyməti 29 dollardır, amma heç bir dəyişiklik yoxdur. Burada söhbət bir və ya bir neçə gündən getmir. Burada neftin qiymətinin uzunmüddətli aşağı səviyyədə olmasından gedir. Tutaq ki, neftin qiyməti 1 il belə olarsa, manatın məzənnəsini saxlamaq olarmı?”
Bunu iqtisadçı ekspert Samir Əliyev deyib.
“Hökumət manatın məzənnəsinin aşağı düşməsində maraqlı deyil, valyuta ehtiyatlarının müəyyən bir hissəsini xərcləmək yolu ilə olsa da, manatın məzənnəsini saxlamağı düşünür. Amma nə qədər gözləyəcək? Əsas sual budur. 2015-ci ildə Mərkəzi Bank 1 ilə 11 milyard itirdi. Bu dəfə itki olacaqsa, daha az olacaq. Amma hər bir halda neftin qiyməti 40 dollardan aşağı düşürsə, mənfi nəticələrə gətirib çıxara bilər. Yəqin ki, hökumət gözləyir. Düşünmürəm, neftin qiyməti uzun müddət bu səviyyədə qala bilər, yəni artacağı gözlənilir. Amma qiymətin 60 dollar olacağını da gözləmirəm. Manatı ucuzlaşdırmaq hökumətə sərf etmir. Amma gələcəkdə manat vəziyyətdən asılı olaraq getdikcə ucuzlaşacaq” – S.Əliyev qeyd edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır