SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda həftəsonu sərt karantin tətbiq ediləcək? - RƏSMİ CAVAB

Azərbaycanda həftəsonu sərt karantin tətbiq ediləcək? - RƏSMİ CAVAB

Tarix:

25-06-2020, 11:28

/ 1 306 dəfə oxundu.
Azərbaycanda həftəsonu sərt karantin tətbiq ediləcək? - RƏSMİ CAVAB

Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

Hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mümkündür.

Lakin öncəki həftələrdə şənbə və bazar günləri sərt karantin rejimi tətbiq edilirdi.

Hazırda bir çox vətəndaşı bu həftəsonu da sərt karantinin tətbiq edilib-edilməyəcəyi, marketlərin bağlanıb-bağlanmayacağı maraqlandırır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bildirib ki, bu həftəsonu sərt karantin rejimi tətbiq edilməyəcək.

“Bu iki həftə ciddi karantin rejimidir. Həftəsonu marketlərin bağlanması gözlənilmir. Onsuz da bu həftə və gələn həftə karantindir, SMS-lə çıxmadır. Bundan başqa heçnə gözlənilmir”, – deyə Leyla Abdullayeva qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ