Azərbaycanda daha iki rayonda sərt karantin rejimi tətbiq olundu
Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.
Bununla bağlı Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.
Qüvvədə olan qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib. Dəyişikliyə əsasən, artıq sərtləşdirilmiş xüsusi karantin rejimi yalnız Goranboy və Göygöl şəhərlərində deyil, ümumən bu rayonlarda tətbiq olunacaq. Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyənləşdirilən məhdudiyyətlər Goranboy və Göygöl rayonlarında da tətbiq olunacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək