XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Şəhid polkovnikin ailəsi ciddi problemlə üzləşib - FOTO

Şəhid polkovnikin ailəsi ciddi problemlə üzləşib - FOTO

Şəhid polkovnikin ailəsi ciddi problemlə üzləşib - FOTO
22-06-2020, 10:08

2018-ci ildə Gəncə şəhərində baş vermiş iyul hadisələri zamanı şəhid olmuş polis polkovnik-leytenantı Səməd Abbasovun ailəsi ciddi problemlə qarşılaşıb. Məlumata görə, Səməd Abbasovun himayəsində olmuş qardaşı, uzun müddətdir epilepsiyadan və ağır şəkər xəstəliyindən əziyyət çəkən Məzahir Abbasovun səhhəti yenidən ağırlaşıb.

Qardaşı şəhid olduqdan sonra çəkdiyi iztirablar səbəbindən gözləri tutulan Məzahir Abbasov indi də qeyri-müəyyən şəraitdə yıxılaraq ağır xəsarətlər alıb, ona omba sümüyünün sınığı diaqnozu qoyulub.

Ailənin digər üzvləri maddi imkanları daxilində M. Abbasovu müalicə etdirsələr də, onun sağlıq durumu hər ötən gün daha da ağırlaşır. Hələ qardaşının sağlığında şəkər xəstəliyi səbəbindən ayaq barmaqları amputasiya olunmuş M. Abbasovun müalicəsi üçün əlavə vəsait tələb olunur ki, bu da ailənin imkanları xaricindədir. Bu səbəbdən də, ailənin aidiyyəti qurumların köməyinə ehtiyacı var.

Ailəsindən Reyting.az-a bildiriblər ki, Məzahir Abbasov vaxtilə himayəsində olduğu qardaşı Səməd Abbasov tərəfindən vaxtlı-vaxtında müalicə etdirilsə də, hazırda belə bir imkandan məhrum olub. Qardaşı şəhid olduqdan sonra isə onun sağlıq durumu daha da pisləşib: “Səməd müəllimi itirdikdən sonra keçirdiyi iztirablar onun səhhətinin daha da pisləşməsi, gözlərinin tutulması ilə nəticələnib. İyulun 10-u Səməd müəllimin vəfatının ikinci ili tamam olacaq. Onun şəhid olduğu gün yaxınlaşdıqca qardaşının sağlıq durumu daha da pisləşir. Ailənin digər üzvləri onu öz hamayəsinə götürüb, imkan daxilində müəyyən müalicə xərclərini ödəsələr də, bu xərclər kifayət eləmir. Çünki onun ağır cərrahi əməliyyata ehtiyacı var və bunun üçün bir qədər yüksək məbləğ tələb olunur. Əlaqədar qurumlardan xahiş edirik ki, maddi vəziyyətimizi nəzərə alıb Məzahir Abbasovun müalicəsinə köməklik göstərsinlər”.

Qeyd edək ki, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid ailələrinin problemlərini daima diqqətdə saxlayır. M. Abbasovun ailəsi ümid edir ki, M. Əliyeva onların da probleminin həllində köməkliyini əsirgəməyəcək.
Şəhid polkovnikin ailəsi ciddi problemlə üzləşib - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.