Şəhid polkovnik-leytenantın ailəsi bu uçuq daxmada yaşayır… - FOTO
Şəhid polkovnik-leytenant Mehman Qəmbərovun valideynlərinin yaşadıği evdir. Həyat yoldaşı isə uşaqların təhsilinə görə Bakı şəhərində kirayədə yaşayır.
Hələ müharibə olmamışdan əvvəl Mehman qardaşımla xidmət etdiyi hərbi hissədə görüşlərimizin birində “Elgün, atam gil Bərdədə çətin şəraitdə yaşayır. “Qaçqınkom”a neçə dəfə müraciət etmişik xeyri olmayıb…” – demişdi.
Məsələ ilə ətraflı maraqlanıb Mehman Qəmbərovla Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanımla əlaqələndirdim. Sevin xanım (bacım) sağ olsun əlindən gələni əsirgəmədi. Ancaq ailənin daxmadan köçürülməsi mümkün olmadı. Verilən vədlərə əməl edilmədi.
Ağdam rayonundan olan məcburi köçkün ailəsi hələ də gördüyünüz bu daxmada yaşayır. Kifayət qədər iki yerdən ev alan məcburi köçkün ailəsini göstərə bilərəm. Axı necə ola bilər ki, Şəhid polkovnikin valideynləri bu şəraitdə yaşayır?! Bu hansı normaya, hansı vicdan qəlibinə sığır?! //sozcu.az//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək