XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Belə həssas dönəmdə də BNA işinin öhdəsindən gələ bilmədi - FOTOLAR

Belə həssas dönəmdə də BNA işinin öhdəsindən gələ bilmədi - FOTOLAR

Belə həssas dönəmdə də BNA işinin öhdəsindən gələ bilmədi - FOTOLAR
2-04-2020, 10:14

"Leqal İnformasiya Agentliyi"nin Araşdırma qrupu ölkəmizdə hazırki dönəmdə dünyada qlobal xəstəliyə çevrilən "Koronavirus"la bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının işlərinə nə dərəcədə məsuliyyətli yanaşması sahəsində cəmiyyət arasında müşahidə aparıblar.

Əcaba, Bakı Nəqliyyat Agentliyi həqiqətənmi paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobuslara nəzarət edə bilmir? Yox deyəsən, onlar çətin və dünyanın virusla mübarizə apardığı bir dövrdə belə öz funksiyasını lazımınca icra edə bilmir. Deyəcəklər ki, nə baş verib, niyə belə bir məqalə ilə çıxış edirsiniz? Bəli, uman yerdən küsərlər. Düzdür, BNA-dan umacağımız millətin, xalqın rifahı, onların sağlamlığı üçündür. Belə bir həssas dönəmdə Bakı Nəqliyyat Agentliyi gücünü səfərbər etməlidir. Necə ki, əllərinə fotoparat verərək onlarla əməkdaşını virus təhlükəsindən öncə küçələrə təhkim edib sürücüləri haqlı, ya haqsız cərimə etdirirdi. Elə indi də həmin əməkdaşlarını küçələrə səfərbər edib az olan sərnişin avtobuslarının işinə nəzarət etdirməlidir. Biz demirik ki, “evdəqal” kampaniyasına qarşı getsinlər. Əksinə əməkdaşlarını müxtəlif təhlükəsizlik tədbirləri görmək şərtilə növbəli şəkildə şəhərin müxtəlif ünvanlarına təhkim edib insanları bir-birinin belində aparan avtobusa sürücüləri barədə tədbir görəydilər. Yoxsa biz mətbuat orqanları insanların maarifləndirilməsi istiqamətində görməli olduğumuz işləri kənara qoyub BNA-nın fəaliyyəti barədə məqalə hazırlamazdıq. İndi kimlərsə fakt istəyə bilər. Elədirsə bildirək ki, paytaxtdan Xırdalan istiqamətində fəaliyyət göstərən 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda vəziyyət acınacaqlıdır:
“Ölkədə koronavirusla mübarizə çərçivəsində müvafiq qərarlar qəbul edilir. Təyin olunan qaydalara riayət olunması üçün aidiyyəti orqanlar tərəfindən tədbirlər görülür. Buna baxmayaraq, Bakı-Xırdalan istiqaməti üzrə fəaliyyət göstərən sərnişin avtobuslarında isə qaydalara əməl olunmur.

119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda vəziyyət acınacaqlıdır. İnsanlar öskürür, asqırır, ancaq yenə də maskalardan istifadə etmirlər.
Avtobus sürücüləri sərnişin yerlərinin sayından çox adam daşımağa meyillidir. Bu qədər sərnişin sıxlığı ilə xəstəliyin sürətlə yayılmasının qarşısını almaq çətindir.
Eyni mənzərə paytaxtın digər yerləri ilə yanaşı Ramana-8-ci kilomert marşrutu üzrə hərəkət edən 214 nömrəli avtobusda da yaşanır. Heç bir dezinfeksiya işi aparılmayan avtobuslarda sərnişinlərin sıxlığı da bir tərəfdən təhlükəli mənzərə yaradır.
Dünyanın düz vaxtı işləməyə nə var ki. Heç olmasa milli məsələyə çevrilən belə bir vaxtda BNA fəaliyyəti ilə yoluxmaların qarşısının alınmasına yardımçı olsun. Amma bu gün biz nəyi müşahidə edirik. BNA-nın mətbuat katibi Mais Ağayev hansısa televiziya çəkiliş aparmaq istəyərkən iki-üç dezinfeksiya edən şəxsi salır “BakuBus” avtobuslarının canına. Çəkiliş bitən kimi də, dezinfeksiya işi tamamlanır. Belə mənzərə ilə biz özümüzü aldadırıq, cənablar.
Belə həssas dönəmdə də BNA işinin öhdəsindən gələ bilmədi - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.