Bakı Nəqliyyat Agentliyi Samir Şərifovun nəzarətindən çıxarılır — Paytaxtın nəqliyyat xaosuna son verə bilmədi
Hazırda fəaliyyəti əhali tərəfindən ciddi narazılıqlarla qarşılanan Bakı Nəqliyyat Agentliyi (BNA) Maliyyə naziri Samir Şərifovun nəzarətindən çıxarılır.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb sözügedən Agentliyin paytaxtın nəqliyyat xaosuna son verməklə bağlı gözləntiləri doğrultmamasıdır.
Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşınma ilə bağlı mövcud olan problemlərin aradan qaldırılması məqəsdilə yaradılsa da, ancaq indiyədək bu sektordakı vəziyyət daha da bərbadlaşıb. Hətta, bu sahədə artmaqda olan nöqsanlar Milli Məclisin plenar iclaslarında da ciddi müzakirələrə səbəb olub.
Bir sıra millət vəkilləri çıxışlarında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən narazılıqları dilə gətirirlər. Bütün bu səbəblərə görə də Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində olan nöqsanların birdəfəlik həlli məqsədilə "əl dəyişdirib".
Artıq Agentliyin fəaliyyətinə nəzarətin Maliyyə naziri Samir Şərifovun kurasiyasından alınaraq, başqa vəzifəli şəxsə həvalə olunduğu deyilir.
Demokrat.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək