SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qəzənfər Paşayev: “Aztelekom” 10 min müştərimizi oğurlayıb”

Qəzənfər Paşayev: “Aztelekom” 10 min müştərimizi oğurlayıb”

Tarix:

30-01-2020, 16:31

/ 857 dəfə oxundu.
Qəzənfər Paşayev: “Aztelekom” 10 min müştərimizi oğurlayıb”

Aztelekom” MMC bizim 10 min müştərimizi oğurlayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Avirtel” şirkətinin hüquqşünası Qəzənfər Paşayev deyib. O bildirib ki, "Aztelekom” bu addımı onlardan xəbərsiz edib:
"20 ildir internet sektorunda fəaliyyət göstəririk. Müştərilərə internet xidməti vermək üçün "Aztelekom” MMC ilə xidmət müqavilələri bağlayırıq. Çünki "Aztelekom” təbii inhisarçı orqandır. Biz onların internet xəttindən istifadə etməyə məcburuq. 2015-ci ilin sonlarından etibarən "Aztelekom” təbii yox, daha çox süni inhisarçı kimi davranmağa başladı. Bizim avadanlıqların orada yerləşdirilməsi üçün birdən-birə bir kub metr sahə üçün 5 manat 90 qəpik tarif müəyyən olundu. Lakin sonradan həmin tariflər 210 manata qaldırıldı. Birdən-birə 42 dəfə tariflər artırıldı”.

Qəzənfər Paşayev qeyd edib ki, bunun səbəbi özəl provayderləri sıxışdırıb bazardan çıxarmaqdır:

"Biz bundan sonra Antiinhisar Dövlət Xidmətinə müraciət elədik. Bizim müraciətdən sonra həmin tariflər yenidən gözdən keçirilsə də, qiymət yenə 5 manat 90 qəpikdə qaldı. 2016-cı ildən sonra bizim şirkətə qoşulmaq istəyən müştərilər olurdu. Biz həmin müştəriləri şirkətimizə qoşmaq üçün ilk olaraq "Aztelekom”a müraçiət etməliyik. Amma onlar bizə mane olurdu, işimizi ləngidirdi. Deyirdilər ki, "siz müştəriləri 15 gün ərzində qoşa bilərsiniz”. Təbii müştərilər buna razı olmur, hamısı bir günə qoşulmaq istəyir. Halbuki "Aztelekom” özü müştərini bir günə qoşur. Belə-belə "Aztelekom” bizim şirkətə qarşı haqsız rəqabətə yol verdi. Çox vaxtlar isə müştərilərimizi qoşmaq istəmirdi. 2017-ci ildə bizim xəbərimiz olmadan Gəncə və Xacmaz şəhərlərində 3 min müştəri şəbəkədən ayrılaraq "Aztelekom”a keçirildi. Bundan sonra "Aztelekom” yenidən tarifləri qaldırdı. Biz bununla razılaşmadıq. Onlara etirazımızı bildirəndə bizə qarşı olan maneələri çoxaltmağa başladılar. Beləliklə, bu proses 3 ildir ki, davam edir”.

Qəzənfər Paşayev 18 provayderin ölkə prezidentinə müraciət etdiyini vurğulayıb:

"Həmin müraciəti Prezident Administrasiyasından Antiihisar Dövlət Xidmətinə göndəriblər. Hazırda xidmət həmin məsələni araşdırır. Odur ki, biz də onları məhkəməyə verdik. Ayın 28-də məhkəmə prosesi olmalı idi. Bildiyimiz kimi, İnzibati İqtisat Məhkəmələri artıq kommersiya məhkəmələri ilə əvəz olunub. Buna görə orada hakimlər də dəyişilib. Ayın 28-də məhkəmə təyin olunmuşdu. Hakim isə bu məsələdən elə də məlumatlı deyildi. Ona görə məsələyə mahiyyəti üzrə baxa bilmədi. Vəsadətimiz təmin oldundu ki, gələn prosesdə Antiinhisar Dövlət Xidməti prosesdə iştirak eləsin”.
Hüquqşünas sonda növbəti məhkəmə prosesinin 24 fevrala təyin olunduğunu bildirib.

Şərhlər

XƏBƏR LENTİ