“Aztelekom” abunəçiləri şirkətdən narazıdır - GİLEY
Son vaxtlar “Aztelekom” internet provayder şirkətinin xidmətindən narazılıq edənlərin sayı artıb.
Belə ki, adı çəkilən provayderin abunəçiləri Cebhe.info-ya açıqlama verərək bilidirib ki, günün müxtəlif saatlarında internetin verilməsində problemlər yaranır, saatlarla internetsiz qalırlar. Masazır qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsinin sakinlərinin sözlərinə görə, internet əsasən axşam, insanların daha çox işdən evə qayıtdığı vaxtlarda kəsilir. Onlar bunu “Aztelekom” şirkətinin bilərəkdən etdiklərini deyir:
“Şirkət interneti qəsdən bu saatlarda kəsir ki, abunəçi onlara problemlə bağlı zəng edə bilməsin. Zəng edəndə də problemi müxtəlif bəhanəlrlə başqa qurumların üstünə ataraq, onlara zəng etməyi məsləhət görürlər. Vaxtlı-vaxtında pulumuzu ödəyiriksə, niyə internetin verilişində problemlər olmalıdır? Bu artıq uzun zamandır ki, davam edir və heç kəs də məsələnin həllinə əncam çəkmir. Problem ondadır ki, bizim yaşadığımız ərazidə fəaliyyət göstərən internet proveyderləri çox olmadığından, məcburən “Aztelekom”-dan istfadə etməli oluruq. Heç kəs də məsələnin həllinə çalışmır”.
Sakinlər internetlərinin kəsilməsi ilə yanaşı, həmçinin sürətinin də ürəkaçan olmadıqlarını deyir:
“Ayda 10, hətta 20 manatlıq kompaniyaya qoşulanımız var. Amma bizə vəd edilən sürətli interneti ala bilmirik. Bildiyimiz qədəri ilə “Aztelekom” dövlət müəssisəsidi. Bunlar da bizi aldadırsa, o zaman özəl şirkətlərdən nə gözləyək?”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?