Abşeron rayonun Masazır qəsəbəsində yerləşən "Yeni Bakı" yaşayış kompleksinin sakinləri öz mənzillərinə çıxarış ala bilmədiklərini və şirkət tərəfindən qarşılarına süni maneələr çıxarıldığını iddia edirlər.
Yeniavaz.com xəbər verir ki, bu gün, yəni noyabrın 30-da sözügedən şəxslər, məsələ ilə bağlı yaşayış kompleksini inşa edən "İlin Dörd Fəsli" MMC-ə (İDF MMC) növbəti dəfə müraciət ediblər. Onlar bunanla bağlı şirkətə dəfələrlə müraciət etsələr də heç bir nəticəsinin olmadığını, çıxarış üçün "təmizlik" arayışı və dövlət rüsumu olmadığı halda əlavə ödənişlər istənildiyini bildirirlər.
Sakinlərin sözlərinə görə bu ödənişlər mənzillərdəki otaq sayına görə dəyişir. Onların sözlərinə görə “kupça” alan vətəndaşlar isə məcburi şəkildə qanunsuz ödənişlər edənlərdir.
İDF MMC-də lentə aldığımız görüntüləri təqdim edirik: