SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Yeni Bakı" sakinlərindən "kupça"ya görə qanunsuz ödənişlər tələb olunur

"Yeni Bakı" sakinlərindən "kupça"ya görə qanunsuz ödənişlər tələb olunur

Tarix:

8-04-2019, 01:23

/ 1 480 dəfə oxundu.
"Yeni Bakı" sakinlərindən "kupça"ya görə qanunsuz ödənişlər tələb olunur

Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı" yaşayış kompleksinin sakinləri pul verib aldıqları mənzilə hələ də çıxarış ala bilmir.


Öz şikayətlərini Demokrat.Az-a bildirən şəhərcik sakinləri onların hər birindən çıxarış üçün əlavə pul istənildiyini deyirlər. Belə ki, "İlin Dörd Fəsli" MMC şirkəti prezidentin fərmanına məhəl qoymayaraq, sakinlərin hər birindən birotaqlı mənzillər üçün 150 manat, ikiotaqlı mənzillər üçün 225 manat tələb edir. Narazı sakinlər deyir ki, daha böyük otaqlı mənzillərdən isə daha böyük məbləğdə pul - 355 və 500 manat istənilir. Maraqlıdır ki, bu qanunsuzluqlara uyan və "kupça" almaq xatirinə şirkətin "toru"na düşənlər də az deyil. Başqa cür desək, "İlin Dörd Fəsli" MMC şirkəti sakinlərin bilgisizliyindən sui-istifadə etməyə davam edir. Şirkət qanunsuz olaraq, özünün ad qoyduğu "təmizlik" arayışını vətəndaşlardan tələb etməkdə israrlıdır. Beləliklə, illərdir çıxarış ala bilməyən sakinlər müqavilə ilə öz mənzillərində yaşamağa davam edir. "Kupça" əldə etmək üçün onlara nə maliyyə arayışı, nə eskiz layihə verilir.
Bütün bunlardan cana doyan şəhərcik sakinləri şirkətin baş ofisinə üz tutub. Onlar haqlı şəkildə narazılıqlarını bildirərək, çıxarış verilməsi üçün qanunsuzluqlara son qoyulmasını tələb edib. Şirkət isə məsələnin 14 iş günü ərzində həll olunacağına vəd verib.
İşbilməz şirkət unudur ki, ölkə başçısı, tərəfindən çoxmənzilli binaların istismarına icazə, bu icazə verildiyi gündən 1 ay müddətində həmin binalarının su, kanalizasiya xidməti, işıq və qazla təchiz edilməsi və belə binalardakı mənzillərin “çıxarış”la təmin edilməsi ilə bağlı Fərman imzalayıb. Qanuna əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş binalardakı mənzillərə qısa müddətdə çıxarışın verilməsini təmin edir.

Şərhlər

XƏBƏR LENTİ