Borcu olanların işıqları kəsiləcək
“Azərişıq”ASC -nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Qurumdan daxil olan xəbərə görə, elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...