Əli Əsədovdan "elektrik enerjisi" ilə bağlı QƏRAR
Baş nazir Əli Əsədov “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarını istismar edən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələrdə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmaqla, bu Qaydaların müddəalarından fərqli müddəalar nəzərdə tutula və həmin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrdən fərqli formada bağlanıla bilər.
Qərara əsasən, həmçinin, elektrik qurğularının şəbəkəyə qoşulması üçün texniki şərtlərə də dəyişiklik edilib.
Müstəqil enerji istehsalçısının alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir.
XalqXeber.Az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək