SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hissələrə parçalanmış meyitlə bağlı daha bir XƏBƏR

Hissələrə parçalanmış meyitlə bağlı daha bir XƏBƏR

Tarix:

7-09-2017, 19:57

/ 106 268 dəfə oxundu.
Hissələrə parçalanmış meyitlə bağlı daha bir XƏBƏR

Xəbər verildiyi kimi, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun xalqxeber.az-a daxil olan birgə məlumatında deyilir.

Meyitin baş hissəsinin fotoşəkli təqdim edilməklə həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Şərhlər

XƏBƏR LENTİ