SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hissələrə bölünmüş meyitlə bağlı RƏSMİ MƏLUMAT

Hissələrə bölünmüş meyitlə bağlı RƏSMİ MƏLUMAT

Tarix:

6-09-2017, 12:31

/ 56 229 dəfə oxundu.
Hissələrə bölünmüş meyitlə bağlı RƏSMİ MƏLUMAT

Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun xalqxeber.az-a göndərilən birgə məlumatında deyilir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ