SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həştərxanda Heydər Əliyev adına məktəbdə bilik günü

Həştərxanda Heydər Əliyev adına məktəbdə bilik günü

Tarix:

4-09-2017, 11:03

/ 58 793 dəfə oxundu.
Həştərxanda Heydər Əliyev adına məktəbdə bilik günü

1 sentyabr 2017-ci il tarixində Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə Bilik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu il məktəb birinci sinif şagirdlərini böyük ailəsinə qəbul edir.
Tədbirdə Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi Əlaqələr nazirinin müavini Rauf Poqosov, “Həştərxan şəhər” Bələdiyyə Təşkilatının rəhbərinin iqtisadiyyat məsələləri üzrə müavini Lyubov Plyuşenko, Şəhər Dumasının deputatı Vladimir Suxarev, Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynov, ictimaiyyət nümayəndələri, valideynlər, pedaqoji işlər veteranları, məktəb şagirdləri iştirak edib .
Açılış nitqində Rauf Poqosov Heydər Əliyev adına məktəbin Həştərxan və Azərbaycan arasında səmərəli işlərin nəticəsi olduğunu qeyd edərək, yeni dərs ilində şagirdlərə işlərində uğurlar dilədi və yeni zirvələri fəth etmələrini arzulamışdır.
Ədalət Hüseynov Heydər Əliyev Fondu adından Bilik günü, dərs ilinin başlanması ilə müəllim, şagird və onların valideynləri təbrik edərək, müəllimlərə uğurlar və uşaqlara gələcəkdə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev kimi layiqli insanlar olmağı arzulayıb. O, həmçinin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin tədris ilinin başlanması münasibətilə təbriklərini çatdırdı.
Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fonduna məktəbin fasadının yenilənməsinə, məktəbin əməkdaşlarına və valideynlərə məktəbin dərs ilinə hazırlanmasında göstərdikləri köməkliyə görə minnətdarlığını bildirib.
Mərasimdən sonra məktəb müəllimləri, şagirdlər və valideynlər Heydər Əliyevin adını daşıyan parkda yerləşən abidəsinin önünə gül dəstələri qoyublar.
Həştərxanda Heydər Əliyev adına məktəbdə bilik günü
Həştərxanda Heydər Əliyev adına məktəbdə bilik günü
Həştərxanda Heydər Əliyev adına məktəbdə bilik günü

Şərhlər

XƏBƏR LENTİ