Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib
Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi ilə bağlı vilayətin qubernatoru A.Jilkin tərəfindən təsdiq edilmiş tədbirlər planı çərçivəsində may ayında bir sıra tədbirlər, o cümlədən Heydər Əliyev adına 11 saylı orta məktəbində açıq dərslər, görüşlər, dəyirmi masa və sair anım mərasimləri baş tutmuşdur.
Həyata keçirilmiş bir sıra tədbirlərin yekunu olaraq cari ilin 10 may tarixində Heydər Əliyev parkında tədbir təşkil olunub. Mərasimdə Həştərxan vilayətinin beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, "Həştərxan şəhər" bələdiyyəsinin administrasiya rəhbəri Oleq Polumordvinov, vilayət və şəhərin digər rəsmiləri, Azərbaycan diaspora rəhbəri Ədalət Hüseynov, AMOR-un Həştərxan bölməsinin nümayəndələri, Heydər Əliyev adına məktəbin direktoru Tatyana Tixomirova, məktəbin müəllim və şagirdləri, Azərbaycan diasporunun nümayəndələri, regional qeyri-hökumət təşkilatları və gənclər iştirak ediblər.
Mərasimin əvvəlində iştirakçılar Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu Öndərin əvəzsiz rolundan danışmışlar.




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır