Həştərxan vilayətinin Qubernatoru Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 saylı məktəbdə və Azərbaycan İş Mərkəzində olmuşdur
Cari ilin 6 dekabr tarixində Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru cənab İqor Babuşkin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tam rekonstruksiya olunmuş Həştərxan şəhərindəki 11 saylı məktəbə baş çəkmişdir. Təhsil müəssisəsinin foyesində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur. Daha sonra Qubernator məktəblə tanış olmuş, müəllim və şagirdlərlə görüş keçirmişdir.
Sonra cənab İ.Babuşkin 2018-ci ildə istifadəyə verilmiş Azərbaycan İş Mərkəzində olmuş, fəaliyyəti ilə tanış olaraq Mərkəzə baxış keçirmişdir. Baxış zamanı mərkəzin konfrans zalında keçirilən toplantıya qatılaraq Azərbaycan və Həştərxan vilayəti arasındakı dostluq və əməkdaşlıq məsələlərinə dair fikirlərini bildirmişdir. 



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?