XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “MTN işi” yekunlaşır: böyük “balıqlar” isə hələ də azadlıqdadır”

“MTN işi” yekunlaşır: böyük “balıqlar” isə hələ də azadlıqdadır”

“MTN işi” yekunlaşır: böyük “balıqlar” isə hələ də azadlıqdadır”
19-08-2017, 10:35

“MTN işi” üzrə Akif Çovdarovun və onun tabeliyində işləmiş daha üç nəfərin məhkəməsi yekunlaşıb, prokuror Çovdarova 15 il azadlıqdan məhrumetmə cəzası istəyib

Bundan əvvəl keçmiş nazirliyin keçmiş şöbə müdiri Vüsal Ələkbərova 12 il hökm oxunub.

Hüquq xəbərləri üzrə ixtisaslaşmış “Femida 007" portalının baş redaktoru, hüquqşünas Əyyub Kərim deyir ki, bu məhkəmədən əsas gözlənti dəstə başçısının tapılmasıdır, indiyə qədər mühakimə olunanlar isə kiçik balıqlardır: ”Baş prokuror özü imzaladığı ittiham aktında mütəşəkkil dəstə anlayışına qiymətdə göstərir ki, qrup olub, qrupun təşkilatçısı olub. Onda prokurorluq bu qrupun rəhbərini ictimaiyyətə təqdim etməlidir".

İyulun 10-da məhkəmə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarıb və həmin qərarın icra olunması üçün prokurorluğa göndəriləcəyi bildirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, belə məhkəmənin belə bir qərarının olub-olmamasını araşdırdıqdan sonra cavab verə bilər.

“Təhlükəsizlik Araşdırmaları” Mərkəzinin rəhbəri, keçmiş Milli Təhlükəsizlik əməkdaşı İlham İsmayıl başqa bir məqama diqqəti çəkir və deyir ki, məhkəmə ilk baxışda açıq olsa da, jurnalistlər ora buraxılsa da, əslində suallara tam cavab almaq olmur: “Məhkəmə prosesində də müəyyən bir hədd var, o həddə qədər gəlib çatılır, orda növbəti sual vermək lazımdır, kimdir günahkar, kim tapşırıq vermişdi, bu suallara gəlib çatdıqda bu suallar verilmir və yarımçıq kəsilir. Ona görə də məhkəmə olduğuna və orda jurnalistlərin iştirak etməsinə baxmayaraq bu işin tam şəffaf olduğunu deyə bilmərik”.
musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.