SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə Tibb Kollecində “unikal” rüşvət yığımı – Foto

Gəncə Tibb Kollecində “unikal” rüşvət yığımı – Foto

Tarix:

23-06-2020, 18:41

/ 1 184 dəfə oxundu.
Gəncə Tibb Kollecində “unikal” rüşvət yığımı – Foto

Gəncə Şəhər Tibb Kollecində hər bir proses pulla həll olunur. Reportyor.info xəbər verir ki, pandemiya dövründə isə tələbələrdən rüşvət alınmasının “unikal” bir növündən istifadə etməyə başlayıblar.

Kollecin direktoru Mehman Rzayev şöbə müdirlərinə, onlar isə öz növbəsində sinif nümayəndələrinə tapşırıq veriblər ki, onlar öz adlarına kredit kartları alsınlar və şagirdlərə pulun kartlara yüklənməsini tələb etsinlər.

Onlar da öz növbəsində kredit kartları alıb, onun şəklini telefon vasitəsilə şagirdlərə göndəriblər. Şagirdlərdən isə karta ödəniş etdikdən sonra qəbzin şəklini şəkib onlara göndərmələri tələb olunur.

Hamıya məlumdur ki, dünyada pandemiyanın vüsət aldığı bir dövrdə və demək olar ki, artıq neçə aydır təhsil ocaqlarında dərslərin keçirilmədiyi halda şagirdlərdən belə bir formada pul yığılması rüsvayçılıqdır.

Şagirdlərin valideynləri bu məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi müraciət ediblər. Bu məlumatla bağlı kollecin mövqeyini dərc edə bilərik.
Gəncə Tibb Kollecində “unikal” rüşvət yığımı – Foto

Şərhlər

XƏBƏR LENTİ