XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Gəncə şəhər 10 saylı məktəbdə 8 Mart bazarlığı

Gəncə şəhər 10 saylı məktəbdə 8 Mart bazarlığı

Gəncə şəhər 10 saylı məktəbdə 8 Mart bazarlığı
7-03-2017, 09:01

Gəncə şəhərindəki 10 saylı məktəbdə 8 mart bayramı ilə əlaqədar şagirdlərdən pul yığılır. Pul məktəbin direktoru Arzu Əliyevanin göstərişi ilə toplanır.Arzu Əliyeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə həll edilir.Qarşıdan gələn 8 mart günü münasibəti ilə də pul yığılır. Bu proses hər il bütün bayramlardan qabaq gedir. Məktəbdə yığılan pulların çoxu Arzu Əliyevaya çatdığından pullar onun şəxsi göstərişi ilə yığılır. Bu bayramla əlaqədar Gəncə şəhərindəki 10 saylı məktəb "gücləndirilmiş iş rejiminə” keçib. Həmin "rejim” isə ondan ibarətdir ki, indidən müəllimlər şagirdlərə bayram hədiyyəsi ilə bağlı xəbərdarlıq edib. Hər kəsə məlumdur ki, mart ayı girər-girməz məktəblərdə "mart yığımı”nın qızğın dövrü başlanır. Necə deyərlər, belə fürsət hər zaman ələ düşmür. İndi əsl məqamdır. Müəllimə gül dəstəsi bağışlamaq Arzu xanımın direktor olduğu məktəbdə əskiklik sayılır. Arzu müəllimənin fikrincə gül dəstəsi, ya süpürgə, fərqi yoxdu. Şagirdin başına çırpır o gülü. Elə sözlər deyir ki,adam mat qalır. Kasıb uşağa da yuxarıdan aşağı baxırlar ki, niyə pul gətirmirsən? Valideyn də övladı başı aşağı olmasın deyə, məcbur qalıb borc da olsa tapıb pul verir.Təhsil Nazirliyi də 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə şagirdlərdən pul yığılması ilə bağlı guya barmaq silkələyib.Amma nə fayda ,kimdi Mikayıl Cabbarovu vecinə alan.. . Dərd burasındadır ki, valideynlər bu çirkin pul yığımı kampaniyasının aparıcı üzvlərinə çevriliblər. Pul yığılmasını Arzu xanıma yaxın olan bəzi valideynlər həyata keçirir.Arzu xanımın göstərişi ilə hər şagirddən 40-50 manat məbləğində pul yığılması tələb olunur. Təhsil nazirliyində Mətin müəllimə arxayındır , onu qoruyan adam var, ona görə də istədiyini edir.Gəncə şəhərində hamı yaxşı bilir ki, Arzu xanım açıq bazar yaradıb. Təhsil İdarəsinin müdiri Zakir Hüseynova da demişik.Amma o da heç bir tədbir görmür.Pul vermək istəməyən valideyinlər hər cür təhqir olunur,ələ salınır, yuxarıdan aşağı baxırlar ki, niyə pul gətirmirsən? Bu məsələ nə vaxta kimi davam edəcək?Şəxsən mənim həmin məktəbdə 3 uşağım təhsil alır,mən hardan tapım onlara pul verim?Hörmətli redaksiya xahiş edirik ki,bu məsələni ictimailəşdirəsiz.

Hörmətlə ,bir qrup imkansız valideyn.

xalqxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.