XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Salyanın milyonluq tenderlərinin "adətkar" qalibi - "Gelandevagen"li toy karvanı ilə yadda qalan iş adamı...

Salyanın milyonluq tenderlərinin "adətkar" qalibi - "Gelandevagen"li toy karvanı ilə yadda qalan iş adamı...

Salyanın milyonluq tenderlərinin "adətkar" qalibi - "Gelandevagen"li toy karvanı ilə yadda qalan iş adamı...
29-01-2020, 09:48

Salyan Suvarma Sistemləri İdarəsi, Baş Mil-Muğan İstismar İdarəsi və Aşağı Muğan Melorativ Sistemlərin İstismarı İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi "İlkin-N" MMC olub.
Yeniavaz.com xəbər verir ki, "İlkin-N" MMC son 3 gün ərzində ümumilikdə 1 milyon 825 min 315 manatlıq tender müsabiqəsinin qalibi olub.
Məlumat üçün bildirək ki, hər il milyon manatlıq tenderlərin qalibi olan "İlkin-N" MMC-nin rəhbəri, Hacı Qurban kimi tanınan Abasov Qurban İsmayıl oğlunun adı bir-neçə il əvvəl oğluna etdiyi dəbdəbəli toyla gündəmə gəlib. Bakı küçələrindən onlarla ağ rəngli "Mercedes Gelandewagen" avtomobilinin iştirakı ilə keçən toy karvanı həm mətbuatın, həm də yol polisinin diqqətindən yayınmadı. Hətta uzun müddət mətbuatda toy sahibi kimi sabiq Müdafiə naziri Səfər Əbiyevin adı hallandı.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Salyan rayonun Qarabağlı kəndi olan "İlkin-N" MMC 17.10.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 36 min 572 manat olan şirkət əsasən Salyan rayonu üzrə baş tutan tenderlərin qalibi olur.
Salyanın milyonluq tenderlərinin "adətkar" qalibi - "Gelandevagen"li toy karvanı ilə yadda qalan iş adamı...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.