Əhmədzadə “tender canavarı”na 210 min manatlıq tender verdi
Sabirabad Mexaniki Suvarma İdarəsi bu gün tikinti materiallarının satın alınması müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, 210 min 881 manat 3 qəpik məbləğində olan tenderin qalibi fiziki şəxs Rahib Ağamulla oğlu Əkbərov olub.
Araşdırmalar zamanı məlum oldu ki, Rahib Əkbərov son bir ildə Meliorasiya və Su Təsəsrrüfatı ASC-nin tabeliyində olan qurumların keçirdiyi satınalmalarda davamlı olaraq qalib elan olunur.
Belə ki, adıçəkilən fiziki şəxs ötən ilin 26 və 28 fevral tarixlərində Mərkəzi-Muğan Kollektorlarının İstismarı İdarəsinin cari təmir işləri üçün tikinti materiallarının satın alınması (275814.45 AZN) və əsaslı təmir işləri üçün tikinti materiallarının satın alınması (95397.03 AZN) tenderlərinin qalibi olub. Həmçinin, İmişli Suvarma Sistemləri İdarəsinin 24/02/2020 tarixində keçirdiyi və məbləği 287 min 2442 manat 54 qəpik olan əsaslı və cari təmir üçün mal-materialların satın alınması müsabiqəsinin qalibi Rahib Əkbərov elan olunub.
Media da Rahib Əkbərov Muğan bölgəsinin “tender canavarlarından biri” kimi xarakterizə olunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır