SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhmədzadənin Laçındakı kadrı nələr etmir: maaş silir, texnikanı satır və...

Əhmədzadənin Laçındakı kadrı nələr etmir: maaş silir, texnikanı satır və...

Tarix:

19-09-2018, 23:15

/ 1 657 dəfə oxundu.
Əhmədzadənin Laçındakı kadrı nələr etmir: maaş silir, texnikanı satır və...

Ölkədə az qala çinovniklər, kiçik ranqlı idarə rəisləri, direktorlar da oliqarxa çevriliblər

Onlardan biri Laçın rayon suvarma sistemləri idarəsi müdiri Maşallah Sadıqovdur.

Bir müddət əvvəl Qarabağ müharibəsi veteranı əlil Ramiz Əhmədov Laçın Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqovu büdcə vəsaitlərini mənimsəməkdə, idarədə çalışan işçilərin aylıq məvacibini mənimsəməyə cəhddə, idarədə çalışan şəxslərin başqa işlərdə də çalışmasında, suvarma idarəsinə məxsus maşın və mexanizmlərin imkanlı iş adamlarına icarəyə verilməsinə dair məsələlərdə ittiham etmişdi.

Üstündən xeyli zaman keçib, Sadıqov hələ də əhalinin suvarma problemini, texnika məsələsini həll etmir, mexanizmlər biznesmenlərə peşkəş olunur.

Laçın Suvarma Sistemləri İdarəsi Maşallah Sadıqovun əmlakıdır, o da əmlakından istədiyi kimi istifadə edir. Faktinfo.az yazır ki, idarə rəisi Maşallah Sadıqovun gəliri idarəyə ayrılan yanacağın müxtəlif adlarla silinib mənimsənilməsi prosesindəndir.

Suvarma Sistemləri İdarəsində adları olub özləri işə çıxmayan işçilərin məvacibinin mənimsənilməsi və hər il bir neçə avadanlığın nasos və s. ehtiyat hissələrinin alınması hesabına pul mənimsəmələri əsasən köhnə avadanlıqların təzə kimi rəsmiləşdirilməsindən, idarədə çalışan şəxsləri ixtisara salacağı ilə hədələnməsindən alınır. Bu əməliyyatlarda Maşallah Sadıqov yüz minlərlə qazanc götürür.

Hətta onun lazım olduqda özünə sərf bir şəkildə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin müavinlərinə yalan məlumat verdiyi də daxil olan məlumatlarda göstərilir.

Xatırladırıq ki, "Realnewsinfo.com" saytının elektron poçtuna Laçın rayonu Suvarma sistemləri idarəsinin müdirindən xeyli sayda şikayət gəlmişdi.

Şikayətləri olduğu kimi dərc edirik: “Son illər Laçın rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində də heç bir iş görülməyib.

Bu barədə redaksiyamıza məlumat verən və adının gizli qalmasını xahiş edən şəxsin sözlərinə görə, Laçın Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir:

Laçın rayonun bir çox idarə müəssələrində qanun pozuntularina yol verilir. Bəzi məmurlar dövlət büdcəsinin vəsaitini öz pulları hesab edərək sağa-sola necə gəldi xərcləyirlər. Amma bu məmureların içində özünə arxayın müdir Sadıqov Maşallahdır.

Maşallah müəllim ele hesab edir ki, Suvarma sistemlər idarəsi bunun biznes sahəsidir. Nəzərə alsaq ki, Bakı, Sumqayıt, Abşeron və digər şəhər, rayonlarda yaşayan Laçın sakinlərini işlə təmin edir və işə gəlməyə-gəlməə əməkhaqqı verir.

Bu əməkhaqqını bu şəhər və rayonlarda yaşayanlarla əlli-əlliyə əməkhaqqlarını mənimsəyir.

Bundan əlavə traktorların adına yanacaqlar yazılır ki, insanların su problemlərinin həlli üçün amma bunların hamısı Maşallah muəllimin cibinə axir. Bir sözlə Maşallah müəllim dövlətin əmlakını cibinə su kimi axıdır.

Maşallah müəllimdən yaxşı alverçi olardı idarə rəisi yox...

Nəzərinizə çatdırım ki, Maşallah Sadıqov pulunu biznes sahələrinə də yatırmaqdan çəkinmir. Araşdırmalarımız zamanı məlum oldu ki, Maşallah Sadıqovun milyonluq dəyərində olan şəxsi kafesi onun biznes gəlirlərindən biri kimi fəaliyyət göstərir. Maşallah müəllimin idarəsində işçilərin adı var özü yox.

Ölü canlardan ibarət idarə işçiləri işə gəlmədikləri üçün idarənin rəisinə aylıq haqq verirlər. İdarənin yanacaq ehtiyatı Laçın yanacaq doldurma məntəqəsinin müdiri ilə əl bir olaraq saxta yollarla satırlar.

Adı çəkilən idarə rəhbəri Maşallah Sadıqova hətda Laçın rayon İcra Başçısı Aqil Nəzərlinin Nə gücü çatmır nə də onunla bacara bilmir”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ