SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əhmədzadənin kadrı Şəkidə MEYDAN SULAYIR - İTTİHAM

Əhmədzadənin kadrı Şəkidə MEYDAN SULAYIR - İTTİHAM

Tarix:

27-01-2022, 08:59

/ 348 dəfə oxundu.
Əhmədzadənin kadrı Şəkidə MEYDAN SULAYIR - İTTİHAM

Şəki Suvarma Sistemləri İdərəsində özbaşınalıq var. DİA.AZ bildirir ki, bu barədə Şəkidən edilən müraciətdə qeyd olunur.

Müraciət müəllifi iddia edir ki, Şəki Suvarma Sistemləri İdərəsinin rəisi Əhmədli Sabir hətta o qədər özünü rahat hisss edir ki, yeni rəhbərliyi - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovu belə saya saymır

DİA.AZ-a daxil olan müraciətdə daha sonra qeyd olunur: "Çox xahiş edirik Şəki Suvarma Sistemləri İdərəsinin rəisi Əhmədli Sabir haqqında ciddi tədbirlər görün. Biz işçilərin maaş kartlarını götürüb şəxsiləşdirib.

Bizim maaşımızı Sabir Əhmədlinin ailəsi xərcləyir. Biz də soruşanda deyir, adınız idarədə gedir, staj yazılır. Maaşımızı özü, həyat yoldaşı və bir də övladı istifadə edir. Sabir Əhmədliyə rayonda heç bir dövlət orqanının gücü çatmır . Hər yerdə deyir ki "mən Əhmədzadənin adamıyam, təzə gələn sədr kimdir ki mənə toxunsun".

Xahiş edirik, ciddi tədbirlər görülsün bu harınlamış məmur haqqında...

İddia olunanlarlaa bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ