SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » QƏBƏLƏDƏ BİABRÇILIQ...DSMF müdiri cərimə olundu

QƏBƏLƏDƏ BİABRÇILIQ...DSMF müdiri cərimə olundu

Tarix:

29-05-2018, 11:23

/ 3 241 dəfə oxundu.
QƏBƏLƏDƏ BİABRÇILIQ...DSMF müdiri cərimə olundu

Son günlərdə məmur özbaşınalığı və bu özbaşınalığın qarşısının alınması üçün cənab prezident İlham Əliyev və aidiyyəti qurumlar lazımınca tədbirlər görsələrdə hələdə bəzi məmurlar bu məsuliyyəti öz üzərlərində hiss etməkdənsə əksinə xalqa xidmət etmək əvəzinə öz var-dövlətlərini , “qara-qura” işlərini artırmaqda davam edirlər. Buna misal olaraq Qəbələ DSMF-sini müdri Elçin Əliyevi “nümunə” göstərmək olar.
Mənbəmiz xəbər verir ki, illərdir Qəbələ rayonunu viranə qoyan və öz “qanunları” ilə idarə edən, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun yaxın adamı sayılan Qəbələ rayon İH-nin başçısı Səbuhi Abdullayevin “kadrı” olan Elçin Əliyev illər öncə qatı müxalifətçi olmuş, indiki iqtidar əleyhinə öz kəskin təbliğatı ilə seçilən, ƏƏSMN-nin eks əməkdaşı sayılan Əjdər Ol-un köməkliyi ilə məmur təyin olunar-olunmaz az müddət ərzində məhz vəzifə xatirinə öz siyasi əqidəsini gizlətməyə çalışmışdır.
Elşin Əliyev Qəbələ rayon DSMF-nin müdri təyin olunmaqdan ötrü öncə Qəbələ rayon İH-in başçısı Səbuhi Abdullayevi və ƏƏSMN-nin eks rəsmisi olan Əjdər OL-u “razı salmış” və müdirlik arzusuna yetmişdir. Bu inanılmaz arzu yerinə yetdikdən sonra Elçin Əliyev Qəbələ rayon DSMF-ni talamaqla məşğul olmuş , işçilərlə kobud davranmış , dövlət tərəfindən verilən Sosial yardıma həqiqətən ehtiyacı olan insanları özünün şəxsi maraqlarına qurban verərək böyük var dövlətə sahib olmağı bacarmışdır.
Mənbəmiz xəbər verir ki, Qəbələnin müxtəlif yerlərində evlər almış və paytaxt Bakının gözəl yerlərinin birində imarət tikdirmişdir. Qəbələ rayonunun 4 yerində evi olan Elçin Əliyev bu yaxınlarda qanunsuz işıq enerjisindən istifadə etdiyinə görə “AZƏRİŞIQ” ASC-in əməldaşları tərəfindən 1500 AZN cərimə olunmuşdur. Qəbələ rayonu Turizm rayonu olduğu üçün Elçin Əliyev tikdirdiyi evləri gələn turistlərə kirayə vermiş , özü məmur olduğu üçün sözü gedən bu evləri öz yaxın qohumlarının adlarına sənədləşdirmişdir. 1500 AZN cərimə edildikdən sonra rayon İH-başçısı Səbuhi Abdullayev bu biabrçılığı normal qarşımalayaraq Elçin Əliyevi uşaq kimi danlamışdır. Qəbələ DSMF-nin müdri Elçin Əliyev ƏƏSMN-də işləyən eks söz sahibi Əjdər OL-un yaxın adamı kimi tanındıöından bu biabrçılığı “ört-basdır “ etməyə çalışır. Çünki ə azından yeni nazir Sahil Babayev belə özbaşınalığı cavabsız qoymayacaq.

Elçin Əliyev işinin ehtiyatlı tutulması üçün 1500 AZN cərimənin “yerini doldurmağa” görə Qəbələ DSMF-nın işçilərinin əmək haqqlarını müəyyən hissəsini tutulmasına göstəriş vermişdir. Buda sözü gedən idarənin işçiləri tərəfindən böyük narazılığa səbəb olmuşdur.
Biz inanırıq ki, əvvəllər hakimiyyət əleyhinə Qəbələ rayonunda müxtəlif təbliğatlar aparmış , hal hazırda rayon İH-in başçısı Səbuhi Abdullayevin “xirtdəyinə” ilişmiş Elçin Əliyev haqqında cənab prezidentin sərəncamı ilə yeni təyin olunmuş ƏƏSMN-i Sahil Babayev bu məsələ ilə bağlı yaxından maraqlanacaq və lazımı tədbirlər görülməsinə ciddi tapşırıqlarını verəcəkdir.

Qəbələ rayon əhalisinin böyük narazılığına , əl-əlxüsusda kasıb təbəqənin nifrətinə səbəb olaraq hakimiyyətdən narazı salan Elçin Əliyev bəlasına son qoyulacağına ən azı əhali qədər bizdə ümid edirik.

Qarşı tərəfi dinləməyə hazırıq

XəbərAl.az

Şərhlər

XƏBƏR LENTİ