SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Məcburi köçkün ailəsinin tikdiyi evin daşı hakimin başına düşüb-BEYLƏQANDA

Məcburi köçkün ailəsinin tikdiyi evin daşı hakimin başına düşüb-BEYLƏQANDA

Tarix:

15-01-2018, 11:22

/ 1 339 dəfə oxundu.
Məcburi köçkün ailəsinin tikdiyi evin daşı hakimin başına düşüb-BEYLƏQANDA

Əməli ilə ermənilərdən fərqlənməyən hakim məcburi köçkün ailəsinin evini başına uçurdur.

Füzuli rayonundan məcburi köçkün, hazırda Beyləqan şəhər, SMD-42 qəsəbəsi, Magistral küçəsində yaşayan Qurbanov Zamin Rəşid oğlu prezident İlham Əliyevə müraciət edərək Beyləqan rayon məhkəməsinin hakimi Nəsrullah Əliyevin özbaşınalığından və qanunsuz əməllərindən gileylənir.

Ölkə prezidentinə olunan şikayəti olduğu kimi dərc edirik.

“Möhtərəm Cənab Prezident!

“Beyləqan Kənd Tikinti” ASC-nin keçmiş müdiri Quliyev Səfər Qara oğlu mənə və həyat yoldaşım Nağıyeva Raziyə Amil qızına qarşı 03 oktyabır 2016-cı il tarixində Beyləqan rayon məhkəməsində mülktorpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması, həmin tikintinin sökülməsi və cavabdehlərin çıxarılmasına dair mülkü iş üzrə(min bir əziyyətlə tikdirdiyimiz iki otğı sökdürməyi tələb qoymuşdur) cavabdeh kimi çıxış edirik.
Səfər Quliyev məhkəmədə qovğasını etdiyi torpaq sahəsi üzərində heç bir söz haqqına malik deyil. O, davasını etdiyi mülk -torpaq sahəsi nə onun xüsusi mülkiyyətinə aiddir, nədə ondan istifadəsi üçün icarə müqaviləsi yoxdur. Həmin ərazini Səfər Quliyev və oğlanları qanunsuz zəbt etmişlər.
Hesab edirəm ki, ilk olaraq Beyləqan rayon məhkəməsinin hakmi Nəsrullah Əliyev bu məsələlərə münasibət bildirməli, mübahisə doğuran torpaq sahəsi üzərində Quliyevlərin məhkəmədə iddia qaldırmaq səlahiyyətinin olub olmamasını, əgər istifadəsində və xüsusi mülkiyyətlərinə aid olduğu halda zəruri sənədlərin məhkəməyə təqdim edilməsini iddiaçı tərəfdən tələb etməlidir. Lakin məhkəmə bu məsələlərə münasibət bildirmədən iddianı icrata qəbul etmişdir.
Məhkəmə çəkişməsi zamanı məhkəmə qarşısında vəsatət verərək həmin ərazinin həqiqətəndə “Beyləqan Kənd Tikinti” ASC-nin ərazisinə və ya dövlət torpağına aid olub olmamasını aydınlaşdırarkən, Beyləqan rayon məhkəməsi tərəfindən 28 mart 2017-ci il tarixli 2(020)-55/2017 nömürəli məktubuna Meliorasiya və Su Təsərrüfatı ACS-nin Beyləqan rayon Suvarma Sistemləri İdarəsi 10 aprel 2017-ci il tarixli məhkəməyə təqdim etdiyi yazılı cavab məktubunda bildirir ki, Su mühafizə zonalarının onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56-№ -li qərarı ilə təsdiq edilmişdir.Hərçəndki, hakim Nəsrullah Əliyev bu qərarı saxta və lazımsız adlandırır.
Həmin qərarın 12-ci bəndinə əsasən magistral və təsərrüfatlararası kanalla və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən aslı olaraq müəyyən edilir.
Həmin qərara əsasən “Xan qızı” torpaq kanalının sağında və solunda akvatoriyasına bitişik 25 metr sahil mühafizə zolağı vardır. Odur ki, mübahisəli torpaq sahəsi, Füzuli rayonundan məcburi köçkün Qurbanov Zamin Rəşid oğlunun məskunlaşdığı ev Beyləqan Suvarma Sistemləri İdarəsinin balansında olan “Xan qızı” torpaq kanalın sol sahilinin 11 metrliyində yerləşdiyindən kanalın sahil mühafizə zolağı daxilindədir.
Belə olduğu halda da hakim iddianı təmin etməməli dərhal ona xitam verməlidir. Lakin buna baxmayaraq hakim Nəsrullah Əliyev Beyləqan Suvarma Sistemləri İdarəsinin məhkəməyə göndərdiyi məktubu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56-№ -li qərarını əsassız sayıb, saxta olduğunu dilə gətirərək hər vəchlə qarşı tərəfin iddasını təmin etməyə səy göstərir. Nəyin ki, səy göstərir, hətta Səfər Quliyevin vəkili kimi çıxış da edir. Artıq hakimin bu çıxışından da belə görünür ki, hakim iddianı təmin etməkdə korruptiv maraqları var.
Meliorasiya və Su Təsərrüfatı ACS-nin Beyləqan rayon Suvarma Sistemləri İdarəsi 10 aprel 2017-ci il tarixli məhkəməyə təqdim etdiyi məktuba qane olmayıb, yenidən həmin ərazinin sərhədlərinin müəyyənləşməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertzia Mərkəzi qarşısında bu sualı qoymuşdur. “Cavabdehlər Qurbanov Zamin Rəşid oğlu və Nağıyeva Raziyə Amil qızı Beyləqan şəhəri, magistral küçəsində yerləşən “Beyləqan kənd tikinti”-ASC-ə 0022686 saylı 23 dekabr 2008 –ci il tarixli Azərbaycan Respblikası Dövlət Əmlakının idarəedilməsi üzrə Daşınmaz Əmlakın texniki Pasportu ilə qeydiyyata alınan qeyri-yaşayış obyektini zəbt etmişdirmi?”
Məhkəmə ekspertzia mərkəzi qoyulan suala cavab verərək bildirib: “Cavabdehlər Qurbanov Zamin Rəşid oğlu və Nağıyeva Raziyə Amil qızı Beyləqan şəhəri, magistral küçəsində yerləşən “Beyləqan kənd tikinti”-ASC-ə 0022686 saylı 23 dekabr 2008 –ci il tarixli Azərbaycan Respblikası Dövlət Əmlakının idarəedilməsi üzrə Daşınmaz Əmlakın texniki Pasportu ilə qeydiyyata alınan qeyri-yaşayış obyektini zəbt etməmişdir. Onlar məcburi köçkün ailəsi kimi qeyd olunan ərazidə məskunlaşmış və həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə tikinti işləri aparmışdır.”
Məhkəmə ekspertiza mərkəzinin rəyi məhkəməyə daxil olduqda sonra nə yazıq ki, hakim Nəsrullah Əliyev ədalətin deyil, geniş imkanlara malik Səfər və oğlu Rəvan Quliyevlərin tərəfindən çıxış edərək, aşkar surətdə qovğanı iddiaçının nəfinə həll etməkdə maraqlı olub. Belə ki, hakim ekspert rəyi ilə tanış olandan sonra Rəvan Quliyevi yanına çağırıb, bu gedişlə aralarında razılaşdıqları “centlmen sövdələşməsi”nə əməl edə bilməyəciyini deyib. Hakim təkirarən ərazinin kimə məxsus olmasını müəyyənləşdirməkçün yenidən ekspertiza keçirilməsinə dair qeyri-obyektiv qərar çıxarıb.
Hakim Nəsrullah Əliyev açıq şəkildə Quliyevləri müdafiə edir. Mən ona bildirirəm ki, təkirar ekpertiza nəyə lazımdır axı, bu süründürməçilikdən başq bir şey deyil. Siz ədalətli hakimsinizsə, hər şeyin ədalətli olmasına qərar çıxarırsınızsa buyurun ədalətli qərarınızı çıxardın. Əks hal da sizdən ölkə prezidentinə, əlaqədar oorqanlara şikayət edəcəm, hakim mənə bildirir ki, gedin hara və kimə şikayət edirsiniz edin. Qəsdinə durub evinizi başınıza uçurdacam.
Maraqlısı odur ki, hakim məhkəmədə mənə məskunlaşıb yaşadığım ərazinin sənədlərini tələb edir. Mən hakimi başa sala bilmirəm ki, mən məcburi köçkünəm və həmin ərazidə müvəqqəti məskunlaşıb yaşayıram. O, hələ bir utanmadan mənə deyir ki, mənim 5 evim var hammısının da sənədi, indi sən də sənəd təqdim elə evini uçurtmayım. Hakim mənə açıq şəkildə bildirir ki, təkirar ekspertiza təyin edərək birinci rəyi dəyişdirəcəm və tikdiyin evi başına uçurdacam. Bunları bir hakimin dilindən eşitmək dəhişətdir…dəhişət. Onsuzda biz məcburi köçkünlər evi yıxılmağa öyrəncəliyik. Bir dəfə evimizi ermənilər dağıdmaqla yıxdılar, indi də Nəsrullah Əliyev yıxır.
Başa düşüləndir ki, ermənilər tarixən torpaqlarımıza göz tikdikləri üçün qanunsuz ərazi iddialarından dolayı torpaqlarımızı işğal edib evimizi də başımıza uçurtmaqla yanan ocaqlarımızı söndürdülər. Bəs, N. Əliyev hansı ərazilərimizə göz tikibki o da ermənilərdən fərqlənməyən cəhəti ilə min bir əzab əziyyətlə tikdiyimiz komamızı başımıza uçurdur. Əməli ilə ermənilərdən heç də fərqlənməyən şəxsin hakim təyin edilməsi Sizcə nə dərəcədə doğrudur Cənab Prezident?! Belə də hakim olar? Niyə Nəsrullah Əliyevə soran yoxdur ki, bu qədər evə necə, hansı yolla sahib olmusan?…Necə olur ki, məcburi köçkün öz yurd-yuvasından didərgin düşüb illərlə kərpic otaqda ac-susuz, ayağının altından su çıxa-çıxa yaşayır, sonradan mişar daşlarından tək otaq tikəndə o daş da düşür hakimin başına.
Artıq Beyləqan rayon məhkəməsinin hakimi Nəsrullah Əliyevin əlindən canı boğaza yığılmışıq. Hakim qanunun aliliyini atıb bir kənara öz korruptiv maraqlarına xidmət edir. Ədalət prinsipləri bu cür hakimlər tərəfindən pozulur, haqlı vətəndaşlar bilərəkdən dövlətdən onun başçısından narazı salınır. Hesab edirəm ki, N. Əliyev öz ədalətsiz qərarları ilə bu dövlətə xəyanət edir. Son çıxış yolumuz qalıb öz ailə üzvlərimlə birlikdə işğal altında olan ərazilərimizə keçib orda yaşamaq.

Odur ki, Sizdən biz -məcburi köçkün ailəsinin hakimin ədalətsiz qərarından XİLAS etməyinizi xahiş edirəm”.

Qurbanov Zamin Rəşid

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ