Bakıda məcburi köçkün məcburi köçkünü şişlə öldürüb
Bakıda qətl törədilib.
Məlumata görə, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.
Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Xaləddin oğlu Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971 Müşfiq Aydın oğlu Şükürovu şişlə öldürüb.
Məlumata görə, yuxarı mərtəbədə yaşayan M. Şükürovun televizor və maqnitofona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Alt mərtəbədə yaşayan S. Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra mübahisə daha da qızışıb. M. Şükürovun S. Mehdiyevin ünvanına söyüş söyməsi isə son hədd olub və S. Mehdiyev kabab çəkilən şişi qonşusunun bədəninə soxaraq onu öldürüb.
Hadisəni törədən S. Mehdiyev şəxs tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır