Məcburi köçkün ailəsindən Rövşən Rzayevə müraciət: “Bizi xilas edin“
26 ildir Beyləqan rayonu 37 saylı Yol İstismar İdarəsinin ərazisində məskunlaşan Füzuli rayon Veysəlli kəndindən məcburi köçkün düşmüş Tanverdiyevlər ailəsi Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət ünvanlayıblar
AzFakt.com-a göndərilən müraciətdə ailə başçısı İbadət Tanverdiyev bildirir ki, 27 ildir çiy kərpicdən tikdikləri daxmada məskunlaşıblar. Bu 26 ildə dövlətə olan inamlarını itirməyən Tanverdiyevlər ailəsi Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən xahiş edirlər ki, onları Xocavənd rayonunda məcburi köçkünlər üçün inşa edilmiş mənzillərdən biri ilə təmin edilməsinə köməklik göstərsin.
Məcburi köçkün ailəsi qeyd edir ki, bir neçə dəfə Komitənin Beyləqandakı nümayəndəliyinə müraciət etsələr də, onlara məsələ ilə yuxarı qurumlar məşğul olduğunu bildiriblər və onlara müraciət etməyi məsləhət görüblər.
Ağır iztirab içində yaşayan Tanverdiyevlər ailəsi ümid edirlər ki, Rövşən Rzayev onların 26 illik zülmünə son qoyacaq və sevindirəcək.





İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur