Beyləqanda “Aptek Elburusun” seçki təxribatı-Məcburi köçkünlərin evləri uçurulur!!!
Ölkəmizdə keçiriləcək prezident seçkilərinə saylı günlər qalır. 11 aprel 2018-ci il tarixində xalqımız öz LİDERİNİ, layiqli namizədinə səs vermək üçün tələsirlər. Əlbəttə ki, bu LAYİQLİ namizəd İlham Əliyevdir. Ölkəmizdə olduğu kimi, Beyləqan rayonunda da keçiriləcək prezident seçkiləri ilə bağlı yüksək əhval-rühiyyə müşahidə olunur. Əlbəttə ki, tərəqqipərvər Beyləqanlılar öz layiqli namizədinə-İlham Əliyevə səs verəcəkləri günü çox səbrsizliklə gözləyirlər. Lakin bunu həzm edə bilməyən bəzi qüvvələr seçkini boykot etməyə, əhalini əks istiqamətə yönəltməklə “təxribatçılığa” yol açıblar. Bunlar kimlərdi?
Bu günlərdə bir qurup məcburi köçkün ailəsi tərəfindən redaksiyamıza videomüraciət daxil olub. Beyləqan rayon, SMD-42 qəsəbəsində Yağ-pendir zavodu ərazisində məskunlaşıb yaşayan köçkünlər bildirirlər ki, Beyləqanda “Aptek Elburus” kimi tanınan şəxs onların məskunlaşıqları həyətə daxil olub çəpərlərini sökür, özlərini də zorla evlərindən çıxarırlar. Onlar həmin ərazidə öz vəsaitləri hesabına çiy kərpicdən ev tikib yaşayırlar. Lakin Elburus və onun qolu zorlu “quldur” dəstələri onların çəpərlərini sökür, evlərini başına uçururlar.
Köçkünlər bildirirlər ki, Elburusun köçkünlərə qarşı qanunsuz hərəkətlərinin arxasında xüsusu xitmət orqanında işləyən oğlu dayanıb. Elburus oğlunun xüsusi xitmət orqanında işləməsindən istifadə edərək, nəyin ki,məcburi köçkün ailələrinə, hətta yerli sakinlərə qarşı divan tutur.
Realmedia.az






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...