XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Bıçaqla sakinləri hədələyən idarə rəisi övladını BDYPİ-nə gətirir?

Bıçaqla sakinləri hədələyən idarə rəisi övladını BDYPİ-nə gətirir?

Bıçaqla sakinləri hədələyən idarə rəisi övladını BDYPİ-nə gətirir?
27-11-2017, 14:10

Lənkəran Regional Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədov ətrafında baş verən hadisələrlə bağlı maraqlı məlumatlar daxil olub.
Belə ki, bir zamanlar Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov rayonda işləyərkən böyük qalmaqallarla rayon sakinlərinin qəzəbinə tüş gəlmişdir. Xatırladaq ki, idarə rəisi dəfələrlə rayon sakinləri tərəfindən döyülüb. Əldə etdiyimiz digər bir maraqlı məlumat ondan ibarətdir ki, A. Məmmədov polis orqanlarında xidmət edən övladını (adını dəqiqləşdirməyə çalışırıq) gəlirli sahələrin birinə gətirmək üçün hərəkətə keçib.
Hətda məlumatlarda o da vurğulanır ki, Aydın Məmmədov övladını BDYPİ-də "işə düzəltməkdən" ötrü bir neçə yüksək çiyinli məmura minnətçi düşüb. Lakin hadisələrin gedişatı onu deməyə əsas verir ki, hal-hazırda şəbəkə rəisinin arzuları ürəyində qalacaq. Məlum məsələdir ki, A. Məmmədov işlədiyi dövürdən bu günə kimi heç bir zaman hörmət və izzətə sahib olmayıb. Cəlilabad sakinlərinin dediyinə görə, A. Məmmədov sakinləri bıçaqla hədələyirmiş.
Onun Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi vəzifəsindən qalmaqalla ayrılması buna əyani sübütdür. Təəsüflər olsun ki, A. Məmmədov vəzifədən alındıqdan sonra cənub bölgəsinin dilbər güşələrindən olan Ləngəran rayonuna “transfer” olundu. Növbəti yazılarımızda Aydın Məmmədovun BDYPİ-də övladı ilə birlikdə kimə və nə üçün minnətçi olduğu haqda məlumatlar dəcr ediləcək. Bizi izləməyi unutmayın..

Dosye.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.