SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda idarə rəisinin döyülməsinin müdhiş təfərrüatı - Lerikdə biznes...

Cəlilabadda idarə rəisinin döyülməsinin müdhiş təfərrüatı - Lerikdə biznes...

Tarix:

5-07-2017, 09:35

/ 61 704 dəfə oxundu.
Cəlilabadda idarə rəisinin döyülməsinin müdhiş təfərrüatı - Lerikdə biznes...

Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb; Hadisə şəhərdə yerləşən "Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb...
Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib. Report.az yazıb ki, münaqişənin hansı səbəbədən baş verdiyi hələ ki, məlum deyil.
Onun dediyinə görə işi prokurorluq araşdırır və ona hücum edənlər iki nəfər olub. Həmin şəxslərin borca görə işığı kəsilibmiş.
Bildirək ki, idarə rəisi ilə bir sahibkar arasında qovğa yaşanırdı. Bir müddət əvvəl Cəlilabad sakini Vüsal Həsənov tərəfindən Ulus.Az-a şikayət məktubu daxil olub.
Onun sözlərinə görə, Cəlilabad şəhər İşıq İdarəsi 24 aprel 2017-ci ildə dükanıma bildiriş verib. Ondan işığa olan 78 manat borcunu 5 gün müddətində ödəmək tələb edilib.
V.Həsənov qeyd edir ki, 27 aprel 2017-ci ildə poçta gedib işıq pulunu ödəyib: “Lakin qayıdanda gördüm ki, idarənin işçiləri müdir Aydın Məmmədovun əmri ilə dükanımın işığını kəsiblər.
Atam nə qədər desə də ki, oğlum poçta gedib, işıq pulu artıq köçürülüb, məhəl qoymadan elektrik xəttini kəsmişdilər. Beləcə, Cəlilabad İşıq İdarəsi heç bir səbəb olmadan, qəsdən normal iş fəaliyyətimizi pozmuşdu”.
Onu hədələyən müdir Aydın Məmmədov polisin yanında verdiyi sözlərə əməl edərək, tabeçiliyində olan işçilərlə birgə elə həmin gün yaşadığı evə basqın edib:
“Düz 13 nəfər işçi 4 maşınla gəldilər, həyətimə doluşdular, elektrik xəttini kəsərək, “Smart” kart sayğacını qopardaraq apardılar. Evdə xəstə atam, anam və digər ailə üzvlərim yaranmış hay-küydən həyəcana düşdü. Evimiz işıqsız qaldı.
Hal-hazırda iş Polis Şöbəsində araşdırılır. Aydın Məmmədov cəmi 78 manat məbləğin üstündə dava-dalaş salıb belə konflikt yaratdı. Halbuki mən illər boyu işıq pulunu requlyar ödəmişəm, bu vaxta kimi heç bir problemim də olmayıb.
Səbəb də budur ki, bir müddət əvvəl “Smart” kart sayğacı qoyularkən dükançı olduğumu bilib.
İşıq İdarəsi bizdən 200 manat rüşvət istəmişdi, biz o pulu vermədiyimizə görə Aydın Məmmədov heç nədən başımıza bu oyunu gətirdi.
Hələ üstəlik ekspertizadan saxta kağız da alıb ki, guya qardaşım onu vurub. İndi qardaşımı bu cür saxta üsulla tutdurmaq da istəyir.
Qeyd edək ki, A.Məmmədovun biznes əlaqələri də var. Onun Lerikdə “Ağgöl” adlı istirahət mərkəzi fəaliyyətdədir.
Yay mövsümündə A.Məmmədov vaxtını əsasən Lerikdə keçirir. Onun biznesini genişləndirdiyi və ərazidə tikinti işləri apardığı bildirilir.

Şərhlər

XƏBƏR LENTİ