SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdam Musiqi Kollecinin pambıq “pripiskası”- hər tələbədən 30 manat

Ağdam Musiqi Kollecinin pambıq “pripiskası”- hər tələbədən 30 manat

Tarix:

21-11-2017, 12:49

/ 2 502 dəfə oxundu.
Ağdam Musiqi Kollecinin pambıq “pripiskası”- hər tələbədən 30 manat

1976 – cı ildə “Xalq atası” Şərəf Rəşidovun rəhbərlik etdiyi Özbəkistanda geniş miqyaslı pambıq yığımına və pripiskaya start verilib. Həmin proses zamanı, kütləvi şəkildə pulsuz işçi qüvvələrindən geniş istifadə olunub. Fantastik planı yerinə yetirməyi bacarmayan insanlar pambıq kisələrinə daş və torpaq dolduraraq təhvil verirdilər. Briqadirlər isə, təhvil verilmiş pambığı hesabatda iki və ya üç dəfə artıq rəqəmlə qeyd edirdilər. Nəticədə, real pambıq yığımı kağız üzərindəki hesabatla müqayisədə dəfələrlə az yığılırdı. Bunun əvəzində isə, ittifaq büdcəsindən milyonlarla pul alınırdı. Həmin pullar respublika səviyyəsində partiya MK dən başlamış Prokurorluq, Daxili İşlər, Dövlət Təhlükəsizlik Kommitəsi, Tədarük Məntəqələri, Kolxoz sədrləri arasında bölüşdürülürdü.
1983- cü ilin yanvar ayından “Pambıq işi” ilə bağlı bütövlükdə 800 cinayət işi açılmış və 4 min adam həbs edilmişdir. “Ağ qızıl” uğrunda mübarizə yüz minlərlə insanı qula çevirdi. Eyni zamanda, onun parıltısından zövq alanları isə sonda dəhşətli əzablara və ölümə məhkum etdi.
Sovet dövründə pambıqçılığın sərfəli olduğunu görən digər respublika rəhbərləri də “Özbəkistan təcrübəsi” ni öz respublikalarında tətbiq etməyə başlayıblar. Bu sahədə Azərbaycan SSR xüsusi “nailiyyətlər” əldə etmişdi.
Daxil olan məlumatlarda qeyd olunur ki, indinin özündə də Azərbaycanın Ağdam rayonunda icra başçısı Raqub Məmmədov pambıq “pripiska”sı aparmağa hazırlaşır. Çünki Agdamda əkilən pambıqın yarıdan çoxu məhv olub. İcra başçısı bundan çıxış yolu axtarıır və vəzifədə qalmaq üçün yeganə vasitə kimi “pripiska”ya köklənib.
Nəticədə idarə və təşkilatlara əmr olunub ki, ya pambıq yığsınlar, ya da pambığın pulun ödəsinlər.
Ağdam Musiqi Kollecinin payına nə qədər “pambıq öhdəçiliyi” düşüb bilinmir. Ancaq Realmedia.az-a verilən məlumatda deyilir ki, tələbələrdən 30 manatdan pul yığılıb. Direktor Laura Ağayeva deyib ki, həmin pullar pambıq zavoduna veriləcək və əvəzində adlrına neçə ton (guya yığdıqları) məhsul rəsmiləşdiriləcək.
Keçən ay isə Laura Ağayeva müəlimlərin əmək haqlarını bütünlüklə mənimsəmişdi ki, bəs nazirlikdən gələn yoxlamaları susdurmaq lazımdı. Bu haqda daha ətraflı bilgiləri verəcəyik.

“RealMedia.az”

Şərhlər

XƏBƏR LENTİ