Türkiyənin Kastamonu şəhərində silahlı insident olub.
Şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir.
Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.
Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alırmış.
bakipost.az