Türkiyədə maşın aşdı, 7 azərbaycanlı yaralandı - Siyahı
Türkiyənin Muğla bölgəsində avtomobilin yoldan çıxaraq aşması nəticəsində ikisi uşaq olmaqla 7 azərbaycanlı turist yaralanıb.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, 22 yaşlı Leyla Şahverdiyevanın idarə etdiyi 34 AAB 549 nömrə nişanlı avtomobil yoldan çıxaraq reklam lövhəsinə çırpılıb. Qəza nəticəsində sürücü Şahverdiyeva ilə Zərifə Şahverdiyeva (23), Roza Muradlı (4), Fidan (20) və Mahirə Məmmədova (49), Məlahət (40) və Kamran Nuriyev (7) yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Həyati təhlükələrinin olmadığı bildirilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır