SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Təhlükə qapımızda: “Gözə qaz sıxıb, evləri qarət edirlər”

Təhlükə qapımızda: “Gözə qaz sıxıb, evləri qarət edirlər”

Tarix:

3-03-2020, 15:51

/ 920 dəfə oxundu.
Təhlükə qapımızda: “Gözə qaz sıxıb, evləri qarət edirlər”

“Koronavirusla bağlı gəlib qapını döyürlər, guya dövlət proqramıdır, dezinfeksiya edəcəklər. Gözlərə qaz sıxıb, evi soyurlar”...
ARB TV-nin “Günə Doğru” proqramında yayılan bu səsyazı ilə bağlı maraqlı süjet yayımlanıb.

Sosial şəbəkə platformaları üzərindən paylaşılan bu səs yazısı əhali arasında təşvişə səbəb olub. Bəziləri düşünür ki, belə hallar var. Məsələnin ciddiliyini nəzərə alan hüquq-mühafizə orqanları bu səs yazısı ilə bağlı araşdırmalara başlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumat tam və hərtərəfli araşdırılıb:

“Yayılan məlumatlar təsdiqini tapmayıb. Bu və digər formada paytaxtın polis orqanlarına şəhər sakinlərinin hər hansı müraciəti daxil olmayıb”.

Hüquq-mühafizə orqanları əhalini panikaya səbəb olacaq belə səs yazılarına inanmamağa çağırır, fakta söykənəcək məlumatları isə dərhal 102 zəng mərkəzinə yönləndirməyi tövsiyə edir.

Şərhlər

XƏBƏR LENTİ