XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakı polisindən koronavirus AÇIQLAMASI

Bakı polisindən koronavirus AÇIQLAMASI

Bakı polisindən koronavirus AÇIQLAMASI
28-02-2020, 17:30

"Koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb:

“Bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən bu məsələ ilə bağlı müraciət daxil olmayıb”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.