SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » BŞBPİ: Mübahisə sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib

BŞBPİ: Mübahisə sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib

Tarix:

23-01-2020, 14:57

/ 849 dəfə oxundu.
BŞBPİ: Mübahisə sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib

Bakıda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Rəis qeyd edib ki, tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib: "Bıçaqla hücum edilməsi faktı təsdiqini tapmayıb. Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanının nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".

E.Hacıyev jurnalistlərə tövsiyə edib ki, bu və ya digər halda polisin fəaliyyət sahəsində dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər.

"Jurnalistlərin sualları 24 saat ərzində hər hansı bir məhdiyyət yaradılmadan tərəfimizdən cavablandırılır", - Bakı polisinin sözçüsü deyib.

Qeyd edək ki, mətbuatda yer alan məlumatlarda mübahisənin Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da düşdüyü və davanın həmin iaşə obyektin qarşısında baş verdiyi bildirilirdi.

Şərhlər

XƏBƏR LENTİ