Satıcını və polis işçisini təhdid edən şəxs kimdir?
Sosial şəbəkələrdə bir şəxsin mağazaya girərək satıcını təhqir etdiyini əks etdirən görüntülər yayılıb. Belə ki, həmin adam paytaxtın mərkəzi Nizami küçəsində yerləşən geyim mağazalarından birinə alıcı qismində daxil olaraq qiymətlərin baha olmasına etiraz edib. O, buna görə satıcını günahlandırıb, onunla kobud davranıb. Satıcı həmin şəxsdən onu videoya çəkməməyi xahiş etsə də, o çəkilişə davam edərək hətta qadına qarşı fiziki təzyiq də göstərib. Mağazada olan malları dağıdaraq növbəti gün yenə ora gələcəyini bildirib.
Eyni şəxs daha bir bənzər videonu polis bölməsində çəkib. O, polis mayoruna qarşı təhdidedici ifadələr işlədib. Daha sonra mübahisəni davaya çevirərək polisin yanında oturmağa cəhd edib. Polis əməkdaşına “yerində sakit otur”, - deyə göstəriş verməyə çalışıb.
Sosial şəbəkədə paylaşılan hər iki video ciddi müzakirələrə səbəb olub. Həmin şəxsin vətəndaşlara, dövlət məmuruna qarşı bu cür davranışı pislənilib və ona qarşı tədbir görülməsi tələb edilib.
“Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb. E. Hacıyev yayılan videolardan xəbərdar olduğunu bildirib: “Sosial şəbəkələrdə yayılan həmin görüntülərlə bağlı araşdırma aparılır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır