XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » AZAL dövləti və Mərkəzi Bankı batırır: Cahangir Əsgərovdan 4 Boeing zərbəsi

AZAL dövləti və Mərkəzi Bankı batırır: Cahangir Əsgərovdan 4 Boeing zərbəsi

AZAL dövləti və Mərkəzi Bankı batırır: Cahangir Əsgərovdan 4 Boeing zərbəsi
23-06-2017, 09:21

AZAL dünyada tək inhisarçı şirkətdir ki, ziyanla işləyir
2016-cı ildə ölkə ərazisində hava nəqliyyatından istifadə edən sərnişinlərin 98,5%-ni AZAL-la uçublar.
Ona görə də AZAL şefi Cahangir Əsgərov istədikləri qiyməti qoyur. Amma hər il də sənədlərdə "ziyanla" işləyirlər, büdcədən dotasiya, Mərkəzi Bankdan qaytarmayacaqları kreditlər alırlar.
İndi də AZAL biri 250 milyon dollar olan 4 Boeing alır. Bir uçaq orta məsafəli reysdən bütün xərcləri, vergiləri çıxanda, ortalama, 15 min dollar qazanır.
Bir uçaq orta məsafəli reysdə sutka ərzində 2 dəfə uçur. Deməli bu 250 mln. dollarlıq Boeing 16667 reys etməli, bunun üçün isə 23 il uçmalıdır ki, mayasını çıxartsın.
Əgər hər hansı müəssisə 2 il ziyanla bəyannamə verərsə həmin obyekt bağlanmalıdır. Bu vergilər məcəlləsində nəzərdə tutulub.
Parlament Vergilər Nazirliyinə müraciət ünvanlayıb AZAL-ın bağlanmasını tələb edə bilər. Çünki zərərlə işləyir, büdcəyə ziyan vurur, kreditləri də qaytarmaq imkanı olmur. Bu haıda 4 təyyarə almaq da ikiqat zərbədir.
AZAL-ın uçuşlarının baha olması dəfələrlə deyilib. Deputatlar belə C.Əsgərovdan şikayətləniblər.
Məsələn, deputat Qüdrət Həsənquliyev qeyd etmişdi ki, ildən-ilə borclar və borc faizlərinin büdcədən ödənilməsindən narahatdır:
“Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir”.
AZAL-ın dövlət borcu ən yüksək QSC olduğunu da xatırladan mənbəmizin sözlərinə görə, bu qurumun hava nəqliyyatındakı inhisarçı mövqeləri Azərbaycanın dövlət büdcəsinə, ümumiyyətlə isə ölkə iqtisadiyyatına xeyli baha başa gəlir.
Yadınızdadırsa, ötən ilin sentyabrında hökumət “Azərbaycan Hava Yolları”nın borclarının əhəmiyyətli hissəsini silmişdi.
İllərdir AZAL-a ayrılan dövlət investisiyaları, subsidiyalar və başqa güzəştlərə baxmayaraq, yenə də onun borclarının xalqın boynuna – dövlət büdcəsinə yüklənilməsinə heç bir məntiqi izah tapmaq mümkün deyil.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.