SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » AZAL hava yollarını qapadıb, Cahangir Əsgərov isə Batumidə otel tikir

AZAL hava yollarını qapadıb, Cahangir Əsgərov isə Batumidə otel tikir

Tarix:

5-07-2017, 09:37

/ 62 121 dəfə oxundu.
AZAL hava yollarını qapadıb, Cahangir Əsgərov isə Batumidə otel tikir

Azərbaycanda hava yollarının monopolisti AZAL vətəndaşlarımıza biletləri 2-3 dəfə baha qiymətlərə satır
Bunu Feysbuk səhifəsində vəkil Aslan İsmayılov yazıb.
Onun sözlərinə görə, AZAL ölkəmizə aşağı büdcəli hava yollarını buraxmır, bununla da qiymətləri süni şəkildə qaldırır: “Məhz buna görə minlərlə vətəndaşlarımız əziyyət çəkərək xarici ölkələrə qonşu Gürcüstandan uçurlar.
2006-2014-cü illərdə dövlət büdcəsindən, yəni bizim hesabımızdan AZAL-ın 860 milyon AZN borcu ödənilib və gələn il təxminən 500 milyon AZN borcunun da ödəniləcəyi gözlənilir.
Əvəzində isə Cahangir Əsgərovun şəxsi biznesi çiçəklənir. C.Əsgərovun ailəsinə məxsus Gazelli Şirkətlər Qrupu qonşu Gürcüstanda, Batumidə lahiyə dəyəri 33.5 milyon ABŞ dolları olan Gazelli Mehmanxanasının tikintisini həyata keçirir”.
016-cı ildə ölkə ərazisində hava nəqliyyatından istifadə edən sərnişinlərin 98,5%-ni AZAL-la uçublar.
Ona görə də AZAL şefi Cahangir Əsgərov istədikləri qiyməti qoyur. Amma hər il də sənədlərdə “ziyanla” işləyirlər, büdcədən dotasiya, Mərkəzi Bankdan qaytarmayacaqları kreditlər alırlar.
İndi də AZAL biri 250 milyon dollar olan 4 Boeing alır. Bir uçaq orta məsafəli reysdən bütün xərcləri, vergiləri çıxanda, ortalama, 15 min dollar qazanır.
Bir uçaq orta məsafəli reysdə sutka ərzində 2 dəfə uçur. Deməli bu 250 mln. dollarlıq Boeing 16667 reys etməli, bunun üçün isə 23 il uçmalıdır ki, mayasını çıxartsın.
Əgər hər hansı müəssisə 2 il ziyanla bəyannamə verərsə həmin obyekt bağlanmalıdır. Bu vergilər məcəlləsində nəzərdə tutulub.
Parlament Vergilər Nazirliyinə müraciət ünvanlayıb AZAL-ın bağlanmasını tələb edə bilər. Çünki zərərlə işləyir, büdcəyə ziyan vurur, kreditləri də qaytarmaq imkanı olmur. Bu haıda 4 təyyarə almaq da ikiqat zərbədir.
AZAL-ın dövlət borcu ən yüksək QSC olduğunu da xatırladan mənbəmizin sözlərinə görə, bu qurumun hava nəqliyyatındakı inhisarçı mövqeləri Azərbaycanın dövlət büdcəsinə, ümumiyyətlə isə ölkə iqtisadiyyatına xeyli baha başa gəlir.

Şərhlər

XƏBƏR LENTİ