SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Müharibə iştirakçısına veteranlıq statusu verilmir – QEYDİYYATDA OLMADIĞI ƏSAS GƏTİRİLİR

Müharibə iştirakçısına veteranlıq statusu verilmir – QEYDİYYATDA OLMADIĞI ƏSAS GƏTİRİLİR

Tarix:

10-03-2023, 16:35

/ 847 dəfə oxundu.
Müharibə iştirakçısına veteranlıq statusu verilmir – QEYDİYYATDA OLMADIĞI ƏSAS GƏTİRİLİR

Bərdə rayonu, Samux kənd sakini Veysəlli Pərviz Kamil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, müharibədə iştirakçısı olaraq Prezident tərəfindən medalla təltif olunsa da, indiyədək veteranlıq statusu ala bilmir:

“Mən, Veysəlli Pərviz Kamil oğlu, sentyabr ayının 21-də, 2020-ci ildə səfərbərliyə çağırılmışam və 27 sentyabrda döyüşlərə qatılaraq Talış kənd Suqovuşan qəsəbəsi və Murovdağ döyüşlərində iştrak etmişəm. Yanvarın 1-də təxris olmuşam. Prezidentin sərəncamı ilə Suqovuşanın azad olunması medalı ilə təltif olunmuşam. Amma 2 ildən çoxdur ki, veteranlıq ala bilmirəm. Nazirliyə müraciət etdim, bütün sənədlərimi göstərdim. Mənə “sənədlərində səhvlik var” dedilər.

N saylı hərbi hissədən bir daha sənədlərimi yığıb, yenidən nazirliyə təqdim etdim. Mənə imtina raporu gəldi. İmtinaya səbəb olaraq mənə bildirdilər ki, döyüş əmri olmadığı üçün sizə veteranlıq təyin etmək olmur.

Amma mənimlə eyni xidmət edənlərin hamısnaı veteranlıq verilib. Çünki döyüş əmrində olduğumu sübüt edən sənəddə səhvlik var, bizi siyahıya almayıblar, kompüterdə qeydiyyat aparmayıblar. Bu səbəbdəndə veteranlıq verilmir.

Nazirlikdən və sizdən xahiş edirəm ki, mənə veteranlıq almaq üçün köməklik göstərəsiniz. Müharibədə iştirak etmiş vətəndaş kimi mənim bu problemimi işıqlandırın”.
Müharibə iştirakçısına veteranlıq statusu verilmir – QEYDİYYATDA OLMADIĞI ƏSAS GƏTİRİLİR


Şərhlər

XƏBƏR LENTİ