SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qazi niyə veteran statusu ala bilmir? - Müdafiə Nazirliyi adını versə də, altsistemdə görünmür

Qazi niyə veteran statusu ala bilmir? - Müdafiə Nazirliyi adını versə də, altsistemdə görünmür

Tarix:

23-04-2022, 17:50

/ 676 dəfə oxundu.
Qazi niyə veteran statusu ala bilmir? - Müdafiə Nazirliyi adını versə də, altsistemdə görünmür

 
44 günlük Vətən müharibəsinin iştirakçısı Ruslan Əhmədova "Müharibə veteranı" statusu düşsə də, ala bilmir. 

Xalqxeber.az xəbər verir ki, bu barədə AzVision.az-a danışan R.Əhmədov bildirib ki, Müdafiə Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna dəfələrlə müraciət edib:

"Salyan rayonun Təzəkənd kənd orta məktəbində idman müəllimiyəm. 2020-ci ilin oktyabrın 9-dan könüllü olaraq döyüşlərə qatıldım və dekabrın 30-də təxris olundum. Zəngilan və Qubadlı istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən medalla təltif olunmuşam. Gələndən sonra mənə veteranlıq verilmədi. Heç medallarım da verilməyib.

Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Daha sonra mənə Müdafiə Nazirliyindən cavab gəldi ki, müharibə dövründə olduğum 287 nömrəli hərbi hissə dağılıb, məlumatlarımız 201 nömrəli hərbi hissəyə göndərilib. 9 ay gözlədim, mənə məlumat gəlmədi. Yenidən məktəb yazdım və mənə 201 nömrəli hərbi hissədən məlumat gəldi ki, "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi siyahısında adım qeyd edilib.

Lakin adım "Zəfər" altsistemində görünmür. Dövlət Sosial Müdafiə Fonduna da müraciət etmişəm, gələn rəsmi məktubu da göstərmişəm. Onlar da deyir ki, adım elektron siyahıda qeyd edilməyib. İndi bilmirəm ki, adım niyə elektron siyahıda yoxdur. Heç bir tərəf də səbəbini demir ".

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departament müdiri Rəşad Mehdili AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti qurumlar tərəfindən “Müharibə veteranı” adı verilərək barəsində nazirliyin “Zəfər” altsisteminə məlumat daxil edilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatını həyata keçirir.

"Yəni nazirlik həmin altsistemdəki məlumatlar əsasında müharibə veteranlarına təqaüd təyin edir. Vətən müharibəsi iştirakçısı Əhmədov Ruslan Ramiz oğluna “Müharibə veteranı” adı verilməsi barədə “Zəfər” altsisteminə məlumat daxil edilməyib. Məlumat daxil edildiyi halda ona da elektron sistem üzərindən proaktiv qaydada Prezident təqaüdü təyin olunacaq ".



Şərhlər

XƏBƏR LENTİ