XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » 29 ildir ki, Rafiq Aslanov “MELİorasiya”nı MƏLƏDİR... - 40-50 faiz su hara itə bilər, Rafiq Aslanov ?

29 ildir ki, Rafiq Aslanov “MELİorasiya”nı MƏLƏDİR... - 40-50 faiz su hara itə bilər, Rafiq Aslanov ?

29 ildir ki, Rafiq Aslanov “MELİorasiya”nı MƏLƏDİR... - 40-50 faiz su hara itə bilər, Rafiq Aslanov ?
15-01-2022, 18:59


Bu pullar sənin oğlunun avtomobil kolleksiyasına, Londondakı biznesinə sərf olunub...


Rafiq Aslanovun qaranlıq AXC keçmişi...

İlk öncə ondan başlayaq ki, məmurların çoxu Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin portretlərini kabinetlərində başlarının üstündən asaraq onların dediklərinə əməl etmirlər.
Belə məmurlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanovdur.
Bu adam 29 ildir ki, meliorasiya sistemində ən yüksək vəzifələrdə çalışır.
Qısa məlumat üçün qeyd edək ki, Rafiq Aslanov 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb.
2006-cı ildən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
Yəni 15-16 il qurumun maliyyə məsələlərinə baxıb, bütün vəsaitlər bu adamın əlindən gəlib keçib.
15 ildir isə qurumda sədr müavinidir.
Yazının girişində Ulu Öndər və Müzəffər Ali Baş Komandan ilə bağlı dediklərimiz əbəs yerə deyildi.
Çünki Rafiq Aslanovdan soruşan lazımdır ki, başının üstündə şəkilini asdığın Ulu Öndər deyirdi ki, meliorasiya və su təsərrüfatı bizim SƏRVƏTİMİZDİR, bu sərvətdən SƏMƏRƏLİ istifadə etməliyik.
Rafiq Aslanov, 29 ildə sudan SƏMƏRƏLİ istifadə etmisinizmi?
Əgər SƏMƏRƏLİ istifadə etmisinizsə, niyə Prezident İlham Əliyev cənabları SU ilə bağlı XÜSUSİ MÜŞAVİRƏ keçirərək sizlərə irad tutaraq dedi:
“Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var”.
Həə, Rafiq Aslanov, indi gələk mətləb üstünə.
Deməli, siz 30 ildir riyakarlıq edirsiniz, dövlət başçısına da yalan informasiya verirsiniz. Axı, dünyada su itkisinin 40-50 faiz olduğu digər məkan bəlli deyil.
Rafiq Aslanov, hətta texnologiyanın olmadığı ucqar kəndlərimizdə belə 40-50 faiz su itikisi olmayıb.
Təsəvvür edirsən, adi kəndli sudan istifadə edir amma bu boyda su itkisi ola bilməz.
Belə olan halda 40-50 faiz su itkisi hara gedib, Rafiq Aslanov ?
Əlbəttə, sənin və səninlə şərik olan şəxslərin cibinə.
Əslində çox asan deyilən “ 40-50 fazi su itkisi”nin arxasında 100 milyonlar dayanır ee…
Bu pullar haradadır, Rafiq Aslanov ?
Əlbəttə, bu 100 milyonlar Londonda Rafiq Aslanovun şəxsi biznesinə sərf olunub.
Bu pullar Rafiq Aslanovun oğlunun bahalı avtomobil kolleksiyasına xərclənib.
Rafiq Aslanovun oğlunun avtomobillərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var.
Deməli 40-50 faiz su heç hara buxarlanmayıb.
Bəli, Rafiq Aslanovun bacısı oğlu “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev qurumunn balansında olan tək 1-cə kranı 1 milyona sataraq dayısı Rafiqlə bölüşüb.
Bəs deyirsiniz, 40-50 faiz su itib, harasa gedib ?
Neçə illərdir ki, Rafiq Aslanovun tapşırığı ilə qurumun idarə rəsiləri fermerlərdən su ilə bağlı 5 dəfə artıq rüsum tələb edirlər. 5 dəfə artıq ee….
Neçə illərdir ki, Rafiq Aslanovun əmri ilə quruma məxsus idarələrdə köhnə avadanlıqlar, nasoslar “kraska”lanır, təzə adı ilə sənədləşdirir və milyonlar mənimsənilir.
Rafiq Aslanovun keçmişi də bu günü kimi çox qaranlıqdır.
Belə ki, Rafiq Aslanov 1993-cü ildə AXC hakimiyyəti dövründə Füzulidən olan həmyerlisi İsa Qəmbərin tapşırığı ilə Meliorasiya sistemində vəzifəyə gəlib.
Və bu günədək meliorasiyanı MƏLƏDİR.
Görəsən ASC-nin yeni rəhbəri Zaur Mikayılov bu boyda cinayət əməllərini, korrupsiya hallarını görmür ?
Bu barədə növbəti yazıda.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.