SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rafiq Aslanov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində ÖZÜNƏ YER HAZIRLAYIR - İDDİA

Rafiq Aslanov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində ÖZÜNƏ YER HAZIRLAYIR - İDDİA

Tarix:

11-04-2023, 10:24

/ 423 dəfə oxundu.
Rafiq Aslanov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində ÖZÜNƏ YER HAZIRLAYIR - İDDİA

Məlum olduğu kimi 30 mart tarixində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Prezidentin sərəncamı ilə Agentliyin sədri isə "Meliorasiya və Su Təsərrüfatı"nın sədri Zaur Mikayılov təyin edildi.

DİA.AZ xatırladır ki, həmin sərəncamdan sonra FHN-nin Su Ehtiyatları Agentliyindən 3, "Azərsu”dan 5, "Meliorasiya və Su Təsərrüfatı" ASC-dən 2 əsas vəzifəli şəxs vəzifəsini itirib.

Qeyd edək ki, onların sırasında 2006-cı ildən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini postunu tutan Rafiq Sabir oğlu Aslanov da var. R.Aslanov ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır.

DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, Rafiq Aslanov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yer tutmaq üçün indidən hərəkətə keçib və bu yolda ciddi vəsait xərcləməyə də hazırdır.

Xatırladaq ki, keçən günlərdə Rafiq Aslanovun oğlunun İngiltərədəki daşınmaz əmlak şirkətinin (EQUILIBRIUM STATE LIMITED) fəaliyyətini dayandırmaq barədə Britaniya Şirkətlər Evinə müraciət etməsi barədə xəbər də yayıldı. Bu barədə məlumatı çatdıran araşdırmaçı jurnalist Cavanşir Həsənlinin qeydlərindən bəlli olurdu ki, kreditor və ya vergi borcu səbəbindən ləğvetmə tələbi rədd olunub. DİA.AZ bildirir ki, Britaniya qanunvericiliyinə görə şirkət Strike Off prosesindən keçdikdən sonra mövcudluğunu dayandırır. Onu da xatırladaq ki, Rafiq Aslanovun oğlu 2018-ci ildə bu şirkət üzərindən Londonda bahalı əmlak alıb, son maliyyə hesabatına görə şirkət aktivlərinin həcmi 853.858 funt sterlinq təşkil edib.

İndi isə bu şirkətin əslində əl dəyişdirdiyi söylənilir və bunu xatırladan mənbə dia.az-a açıqlamasında iddia edir ki, R.Aslanov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yer tutmaq üçün bu şirkəti hazırda nüfuz sahibi olan məmurlardan birinin yaxın adamına bağşlayıb.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də fikrini öyrənməyə çalışsaq da, R.Aslanov telefonlarımıza cacvab vermədi.

Məsələ diqqətimizdədir və bütün maraqlı tərəfləri Xalqxeber.az olaraq dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ