XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » DTX-nin həbs etdiyi məmur Cahangir Əsgərovun bacısı oğludur

DTX-nin həbs etdiyi məmur Cahangir Əsgərovun bacısı oğludur

DTX-nin həbs etdiyi məmur Cahangir Əsgərovun bacısı oğludur
11-07-2020, 17:27

Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi xüsusi əməliyyatın nəticəsi olaraq saxlanılan Konsulluq Baş idarəsinin rəisi Faiq Bağırov barədə yeni məlumatlar yayılıb.

Həmin məlumatlara görə, Faiq Bağırov hakimiyyətdəki oliqarx məmurlardan birinin yaxın qohumudur. Konkret olaraq onun "Azal”ın prezidenti Cahangir Əsgərovun bacısı oğlu olduğu deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, Faiq Bağırov Cahangir Əsgərovun yaxın qohumu olsa da, karyera yüksəlişində bu faktorun çox az rolu olub.Yenisabah

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.