Maskalılar Cahangir Əsgərovun qardaşının villasında
Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki villalarından birinə basqın edilib
Daxil olan məlumata görə, villa "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru Cahangir Əsgərovun qardaşına məxsusdur.
Məlumata görə, maskalı şəxslər mənzilə soyğunçuluq məqsədilə daxil olsalar da, evdən heç nə götürülməyib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Naməlum şəxslərin görüntülərinin bağdakı nəzarət kamerasına düşdüyü də deyilir.
Mənbə qeyd edib ki, faktla bağlı hüquq-mühafizə orqanlarında əməliyyat-axtarış tədbiri həyata keçirilir.
Məlumarı dəqiqləşdirmək üçün Cebhe.info əməkdaşı Xəzər rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru Güloğlan Əhmədovla əlaqə saxlayıb. Polis mayoru sualı sona qədər dinləmədən Cahangir Əsgərovun adını eşidər-eşitməz “Mənim xəbərim yoxdur” cavabını verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qalıb.
Cebhe.info

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub